Cəmiyyət

Təkər deyib keçməyin... Partlayanda can ala bilir... - VİDEO

14 İyun 2023 13:16
Baxış: 1 236
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Son vaxtlar xüsusilə təkər ustaları təkər təmir edərkən bədbəxt hadisələr yaşanır.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, son belə hadisə karxanada ağırtonnajlı avtomobilin təkərini təmir edən zaman baş verib. Hadisə dünən İmişlinin Bəhrəmtəpə qəsəbəsində qum-çınqıl karxanalarının birində qeydə alınıb.

Cəmi bir neçə gün əvvəl isə Ucarın Yuxarı şilyan kəndində Kombaynın təkərinə hava vururan zaman, təkərin partlaması nəticəsində sürücü dünyasını dəyişmişdi.

Oxşar bədbəxt hadisə ötən ay Gəncədə də yaşandı. Burada isə təkər təmir edilən zaman partlayıb və boğazından xəsarət alan usta hadisə yerində vəfat edib.

Bu hadisələrin hamısı son bir ayın içərisində baş verib. Ustalar belə xoşagəlməz hadisələrin yaşanmaması üçün bəzi nüanslara diqqət etməyi tövsiyyə edir.

Xüsusilə defarmasiyası böyük olan təkərin yamanaraq hava vurulması tövsiyyə edilimir. Bu, daha ağır fəsadlara səbəb ola bilər

Uzun illərdir təkər təmiri işi ilə məşğul olan Rafael Əliyev deyir ki, xüsusilə köhnə ağır tonnajlı avtomobillərin təkəri təmir edilərkən diqqətli olmaq lazımdır.

Üstəlik tövsiyyə edilir ki, ustalar havanı elektron cihazlarla təkərə vursunlar. Əks halda təkərə nə qədər hava vurulduğunu bilmək olmur.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.