Cəmiyyət

Hövsan yolu yenə qaranlığa qərq oldu - VİDEO

12 İyun 2023 10:26
Baxış: 713
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Suraxanı rayonu, Hövsan qəsəbəsinə gedən yolda yenə işıqlandırma problemi yaranıb.

Milli.Az bildirir ki, sözügedən istiqamətdə, eləcə də Zığ yolu Zığ bağları adlanan ərazidəki yolda işıqlar yenə söndürülüb.

Belə ki, bir müddət öncə ərazinin qaranlıq olması səbəbindən baş verən ardıcıl qəzalardan sonra yol işıqlandırılsa da, yenə bənzər situasiya yaranıb. 

Xatırladaq ki, mayın 29-da sözügedən ərazidə yolu keçmək istəyən üç nəfəri maşın vurub öldürmüşdü. Bundan sonra yolda işıqlandırma bərpa edilmişdi.

Ancaq ötən gecə ​oxu.az tərəfindən lentə alınan görüntülərdə yolun yenə qaranlığa qərq olunduğu görünür:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.