Uşaqlar üçün bayram: “CinemaPlus” aztəminatlı ailələrin övladlarını dəvət etdi - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
1 iyun bütün dünyada Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunur.
Bu münasibətlə "Amburan Mall" Ticarət Mərkəzində yerləşən "CinemaPlus" kinoteatrında aztəminatlı ailələrdən olan 70-ə yaxın azyaşlını "Super Mario qardaşları kinoda" animasiya filminə baxmağa dəvət edib. Cizgi filminin nümayişindən sonra uşaqlara hədiyyələr verilib.
Bayram şənliyində "CinemaPlus" kinoteatrlar şəbəkəsinin Müşahidə Şurasının sədri Zaur Darabzadə və "CinemaPlus" kinoteatrlar şəbəkəsinin həmtəsisçisi Adnan Əhmədzadə iştirak ediblər.
"CinemaPlus komandası həmişə olduğu kimi, bu gün də uşaqları sevindirmək qərarına gəlib. Biz aztəminatlı ailələrdən olan uşaq və yeniyetmələri şam yeməyinə dəvət etdik və birlikdə cizgi filminə baxdıq. Yeri gəlmişkən, dəvət olunan uşaqların çoxu əvvəllər heç vaxt kinoteatrda olmayıblar", - deyə Zaur Darabzadə bildirib.
Nümayişin sonunda böyük sevinc hissi yaşayan uşaqlar kino zalını alqışlara qərq ediblər. Daha sonra isə onlara hədiyyələr təqdim olunub.
"Bu gün bəyəndiyim saysız-hesabsız şeyləri sadalaya bilərəm. Hər şey gözlədiyimdən də yaxşı keçdi", - deyə 10 yaşlı Şəfəq Cəlilova bildirib.
O, bütün uşaqları bayram münasibəti ilə təbrik edib:
"Dünyanın bütün uşaqlarına təhsil və dərslərində uğurlar arzulayıram. Mən özüm də məktəbdə yaxşı oxuyuram və müəllimlərin mənə verdikləri tapşırıqlardan daha çoxunu yerinə yetirməyə çalışıram".
Şəfəq qeyd edib ki, gələcək peşəsi ilə bağlı artıq çoxdan qərar verib və arzusu öz salonunu açmaqdır.
13 yaşlı Oruc Əhmədlinin də əsas arzusu hər hansı peşəyə yiyələnməkdir. Gələcəkdə fəaliyyətini avtomobillərlə əlaqələndirmək istəyir:
"Bu gün heyrətamiz bir gün idi, hər şeyi tam bəyəndim. Bütün uşaqları bayram münasibətilə təbrik edirəm və onlara bu həyatda mümkün qədər çox maraqlı şeylər görmələrini arzulayıram".
Uşaqların müəllimi bu günə görə tədbirin təşkilatçılarına təşəkkür edib:
"Hər şey əla keçdi, uşaqlar üçün əsl bayram idi, onların necə xoşbəxt olduqlarını təbəssümlərindən görmək olar".
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Seyyid Yəhya Bakuviyə həsr olunmuş konfransın iştirakçıları Şuşa şəhəri ilə tanış olublar - Yenilənib (Foto)
-
Prezident İlham Əliyevin “Qobustan” Günəş Elektrik Stansiyasının açılışından maraqlı görüntüləri - (Video)
-
Masazırda şagirdlər zirzəmidə dərs keçib? - Açıqlama - (Video)
-
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
Narkotik aşkarlanan yük maşınları müsadirə olunsun - Təklif
-
TDT ölkələri arasında ticarət və iqtisadi əlaqələrin inkişafı müzakirə olunub - (Foto)
XƏBƏR LENTİ
-
Tacir Şahmalıoğlu arıqlamasının səbəbini açıqladı
-
Lənkəranda ağır qəza: "Mercedes Vito" TIR-a çırpıldı, ölənlər var - (Foto)
-
Tələbələr dərsə getmək üçün beton maneələri aşırlar - (Video)
-
Toyda bəy əsəbləşərək tortu yerə çırpdı - (Video)
-
İmişlidə zəlzələ olub
-
Paşinyan referendumdan imtina etdi: "Hələlik tezdir"
-
Vinisus Junior əsas heyətdə mövqeyini itirə bilər
-
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq
-
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
-
Azərbaycanın 2027-ci ildə xərc üzrə siyasətinin əsas istiqamətləri açıqlanıb
-
Məşhurlar Üzüm və Şərab Festivalında konsert proqramı ilə çıxış edəcək - (Video)
-
Gələn il dollar neçəyə olacaq? - rəsmi
-
Məşhur müğənninin müəmmalı ölümü: iki həkim həbs edildi
-
Azərbaycanın inflyasiya proqnozu açıqlanıb
-
Azərbaycanın iqtisadi artım proqnozuı açıqlanıb
-
“Messinin transferi üçün 500 milyon təklif etmişdim” - Massimo Moratti
-
Vüsalə Əlizadə qardaşının məzarında - "Qara daş məni sakitləşdirir" - (Video)
-
“Kızılcık Şerbeti”ndən rekord
-
Ronaldu "Ən-Nəsr"dən gedir
-
Gəncə Dövlət Filarmoniyası Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalında silsilə konsertlərlə çıxış edəcək
-
DTX rəisi general-polkovnik Əli Nağıyev Qazaxıstana səfər edib
-
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
-
Sabunçu və Xətaidə qaz kəsiləcək
-
ADMİU-nun I kurs tələbələrini aşağılayan şəxs barədə qərar verildi - Yenilənib





