Cəmiyyət

Tikinti bazarında durğunluq yaşanır - VİDEO

26 May 2023 17:12
Baxış: 1 149
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əksər tikinti materialları bazarlarında alıcı qıtlığı hökm sürür.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, satıcıların sözlərinə görə, son 3 ildə ciddi qiymət artımı müşühidə edilsə də, təxminən 4-5 aydır ki, vəziyyət stabildir. Hətta bəzi materialların qiymətində cüzi azalma da müşahidə olunur.

Hazırda bazarda taxtanın 1 kubmetri 340-400 manata, mişar daşı 35-40 qəpik, dam örtükləri isə 5-6 manatdan başlayaraq alıcılara təklif olunur.

Satıcılar bildirir ki, adətən bu aylar həm fərdi evlərin, həm də binaların tikintisi üçün daha əlverişli hesab olunur. Xüsusən dam örtüklərinə, kərpic, mişar daşı və armatura təlabat daha çox yaranır. Hələlik isə bu gözləntilər özünü doğrultmur. Satıcılar bazardakı durğunluğu sosial vəziyyətlə əlaqələndirirlər.

Onların sözünə görə, digərlərinə nisbətən xırdavat mallarında qiymət artımı var. Lampalar, kabellər və bu kimi mallar 20 faizə qədər bahalaşıb. Kiçik plastik boruların bir ədədində 15-20 qəpik, böyüklərin bir metrində isə 50-60  qəpik artım var.

"Xəbər Ertəsi" nin mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edirik.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.