Cəmiyyət

Xaçmazda qaz xəttinə hava vurulduğu iddia edilir - VİDEO

26 May 2023 21:08
Baxış: 1 461
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qaz  xəttinə hava vurulur".

Milli.Az bildirir ki, "Xəzər Xəbər"in "qaynar xətti"nə müraciət edən Xaçmaz sakini iddia edir ki, abonentlərin istifadəsində  olan qaz  xəttinə müdaxilə edilib.

Daha dəqiq desək, qaz üçün nəzərdə tutulan xəttə hava vurulur.

Xaçmaz sakinləri həmçinin mavi yanacaq verilişində fasilələr olduğunu da iddia edirlər.

"Azəriqaz" İstehsalat Birliyinin Texniki istismar şöbəsinin böyük mühəndisi  Pərviz Nəbiyev qeyd edib ki, payız-qış mövsümünə hazırlıq məqsədi ilə istehlakçıların  təbii qazla təhlükəsiz və fasiləsiz təmin olunması üçün daşıyıcı qaz kəmərlərinin kipliyə sınaq işləri həyata keçirilir.

Bəs qaz xəttinə hava niyə vurulur? Buna görə abonentlərə əlavə ziyan dəyirmi?

Pərviz Nəbiyev bildirib ki, boruların mövsümə hazırlanması prosesində əgər sızma aşkar olunmadıqda vətəndaşlar yenidən mavi yanacaqla təmin olunur.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.