Azyaşlı qızlar niyə evdən qaçır? - “Hələ də insanlar anlamır ki..."
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bir neçə gün öncə 13 yaşlı yeniyetmə qızın sosial şəbəkədə tanış olduğu, 44 yaşlı 3 uşaq atasına qaçması xəbəri ölkədə rezonans yaratdı. Yenə də həmişəki kimi "ictimai qınaq" öz sözünü dedi.
Belə ki, insanlar iki qrupa bölünərək gah qaçanı, gah da 44 yaşlı "kişi"ni günahkar çıxarmağa, emosiyalarını çatdırmağa çalışdılar. Lakin görünən odur ki, bu məsələ nə qədər qınaq obyektinə çevrilsə də, qız uşaqlarının evdən qaçması halları davam edir. Xüsusilə də bölgələrdə...
Bəs, bu qızları evdən qaçıran səbəblər nədir?
Psixoloqların fikrincə, evdə sevgi, qayğı görməyən qızlar hər yerdə onun axtarışında olur. Ana qayğısı, ata sevgisi uşaqlara, xüsusilə də yeniyetməlik dövründə olanlar üçün sözügedən faktorlar çox önəmlidir.
Milli.Az bildirir ki, psixoloq Samirə Bağırova mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında bir sıra məqamlara toxunub.
Onun fikrincə, sözügedən məsələlər təkcə psixoloqların gördüyü işlərlə yekunlaşmamalıdır:
"Azyaşlı qızların evdən qaçması məsələsi böyük və həll olunmamış problem olaraq qalır. Bu problemə kompleks şəkildə yanaşmaq lazımdır. Ümid edib dəyişiklik görə bilmədiyimiz Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, üzünü heç yerdə görə bilmədiyimiz Ombudsman və digər aidiyyatı qurumlar bir araya gələrək addım atmalıdırlar.
Hər komitə birləşib birgə peşəkar mütəxəssislərdən ibarət qruplar yaradıb bölgələrə hüquqşünaslar, psixoloqlardan ibarət qruplar təyin etməlidirlər. Bölgələrdə valideyinlərlə görüşlər, seminarlar təşkil etsələr yəni ölkəyə, vətəndaşlara həqiqətən canfəşanlıq etmək niyyətində olsalar, əlbəttə ki, qısa müddət ərzində hər şey dəyişəcək".
Psixoloq bölgələrdə yaşayan problemli şəxslərin efirə çıxmasını, yardım istəməsini də tənqid edib:
"Hələ də insanlar anlamır ki, televiziya proqramları problemi işıqlandırmaq üçündür, həll etmək üçün deyil. Proqramlarda problemlər həll olunanda əlbəttə ki, vəzifəyə təyin olunanların narahat olmalarına səbəb yaranmır. Bir ölkənin düşüncəsini dəyişmək üçün 3 ay bəs edirsə, bölgələrə 1 ay kifayət edir. Təəssüf ki, vəzifə başında olanların sadəcə ad və soyadları dəyişir, problemlər isə illərdir olduğu kimi qalır. Bu məsələ ilə bağlı bizlər nə qədər danışsaq da danışıq olaraq qalacaq".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Leyla Əliyeva “Harmoniya” sənədli filminin təqdimat mərasimində iştirak edib - (Foto)
-
“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir - (Foto)
-
Ağdaşda 11 kənddə qaz kəsiləcək
-
Kolleclərə boş qalan yerlər üzrə qəbulun nəticələri elan edildi
-
Əvəz Zeynallının dəfn yeri açıqlandı - (Yenilənib)
-
Aqrar sahədə hansı texnikalara güzəşt ediləcək?
XƏBƏR LENTİ
-
UEFA Millətlər Liqası: Türkiyə evdə darmadağın oldu
-
Heyvan dişləyibsə, vaxt itirməyin: Həkimdən quduzluqla bağlı çağırış
-
Tikinti sektorunda yeni dələduzluq - (Video)
-
İllərdir zibil kimi atırdıq: Sən demə, saç tökülməsini bıçaq kimi kəsirmiş
-
Gələcəyin dili: Dünyanın ən varlı insanları niyə uşaqlarına Çin dili öyrədirlər?
-
Çəngəl-bıçaq siyirtməsinə tabaşir qoyanların sayı sürətlə artır
-
Psixoloqlara görə kişilərin izahat vermədən yoxa çıxmasının səbəbləri
-
Müddəti bitən kredit kartlarını qayçı ilə kəsib atanlara xəbərdarlıq
-
Leyla Əliyeva “Harmoniya” sənədli filminin təqdimat mərasimində iştirak edib - (Foto)
-
Maşın da yumuşam, təkər də qaraltmışam, "bakkuş" da satmışam - Aktyor Səmimi Fərhadla müsahibə
-
Bu xəbərlər Samiri depressiyaya salıb
-
Qızılın qiyməti yenidən ucuzlaşdı - (Video)
-
Günün qoroskopu: Heç kəsə görə özünüzü dəyişməyin
-
Hər dəfə saata baxanda niyə eyni rəqəmləri görürük? - açıqlama
-
AYNA: 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
-
"Barselona"nın ulduzu PSJ və "Real"a qarşı oyunları buraxacaq
-
Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər
-
Təyyar Bayramovun yubileyidir - (Video)
-
Yasamalda yeni yol və tunel inşa ediləcək - evlər söküləcək - (Video)
-
“Boş evdə tək oturub ağlayıram” - Cennifer Lopez
-
İnterneti Wi-Fi olmadan paylaşmağın yolu
-
Mircəlal Qurbanovu anasının 70 illiyinə Xalq artistləri gəldi - (Foto)
-
Daşınmaz əmlak bazarında yeni qiymət artımı - (Video)
-
İcra başçısı məmuru danladı: "Camaatın ağzından vurmayın" - (Video)





