Cəmiyyət

Gəncədə olan bu məktəb sanki "müharibə"dən qalıb - VİDEO

5 May 2023 20:16
Baxış: 961
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son dövrlərdə əsaslı təmir edilən və yenidən inşa olunan məktəblərin sayı günü-gündən artır.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, buna baxmayaraq hələ də baxımsızlıqdan əziyyət çəkən təhsil ocaqları qalmaqdadır. Belə müəssisələrdən biri də Gəncədəki 24 nömrəli tam orta məktəbdir.

Məktəbin vəziyyətindən şikayət edən valideynlər deyir ki, içəridə vəziyyət çöldəkindən də betərdir. Yəqin, elə buna görə də məktəb rəhbərliyi bu vəziyyəti kameralardan gizlətmək yolunu seçib.

Əksər valideynlər məktəbdə tədrisin keyfiyyətindən razılıq etsələr də təmirsizlik və şəraitsizliklə bağlı gileylidirlər.

Hətta özləri də bu məktəbdən məzun olan bəzi valideynlər deyir ki, vəziyyət elə o zamandan bu cürdür.

Məktəbin ətraf yolları, həyətyanı sahəsi, idman meydançasının vəziyyəti ilə bağlı isə heç danışmağa dəyməz.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən "Xəzər Xəbər"ə bildirilib ki, əsaslı və cari təmirə, eyni zamanda yenidən tikilməsinə ehytiyacı olan məktəblərin siyahısı tərtib olunub, bununla bağlı müvafiq işlər həyata keçirilib.

"Sözügedən məktəbdə isə mərhələli şəkildə təmir işləri görüləcək."

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.