Cəmiyyət

DİN məlumat yaydı - FOTO

4 May 2023 22:55
Baxış: 1 532
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Paytaxtın Yasamal rayonunda küçə ticarəti ilə məşğul olan şəxs satışa çıxardığı qida məhsullarının polis tərəfindən dağıdıldığını iddia edərək və internet TV kanallarından birinə müsahibə verib.

Bu barədə DİN-in mətbuat xidmətindən Milli.Az-a bildirilib ki, küçə ticarəti ilə məşğul olan Vüqar Əzizovun iddiaları şəxsi mülahizələrdir.

O, əsasən hərəkətin sıx və intensiv olduğu küçədə, piyada yolunda qanunsuz küçə ticarəti ilə məşğul olmağa cəhd göstərib. V.Əzizov bu əməlləri ilə hüquqazidd hərəkətlərini davam etdirərək satışa çıxardığı qida məhsullarını qəsdən dağıdıb.

Qeyd edək ki, onunla dəfələrlə profilaktik iş aparılmasına və müvafiq icra hakimiyyəti əməkdaşları tərəfindən qanunla müəyyən olunan yerlərdə ticarət aparması təklif olunsa da imtina edib.

Polis əməkdaşları tərəfindən onun qanunsuz əməllərinin qarşısı alınıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.