Cəmiyyət

Bakı - Quba yolunun Vladimirovka kəndindən keçən hissəsi bərbad vəziyyətdədir - VİDEO

4 May 2023 16:02
Baxış: 963
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı - Quba - Rusiya yolunun Qubanın Vladimirovka kəndindən keçən hissəsi bərbad vəziyyətdədir.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, yolun yararsız vəziyyətdə olması hər kəsi təngə gətirib.

İşlək yolun mövcud vəziyyəti nəqliyyat vasitələrinin əksər detallarının sıradan çıxmasına səbəb olur.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli deyib ki, sözügedən yolun təmir edilməsi nəzərdə tutulub. Maliyyə vəsaiti ayrılan kimi yol əsaslı şəkildə təmir ediləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.