Cəmiyyət

Erməni qadının evinə girən “azərbaycanlı” tutuldu

28 Aprel 2023 14:56
Baxış: 2 632
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistanın Tavuş rayonunda 55 yaşlı kənd sakini polisə müraciət edərək bir azərbaycanlının ona hücum etdiyini bildirib.

Milli.Az Globalinfo.az-a istinadən xəbər verir ki, qadın bir şəxsin onun evinə girib təcavüz etdiyini və zinət əşyalarını oğurladığını deyib.

O qeyd edib ki, həmin şəxs erməni dilində danışaraq azərbaycanlı olduğu söyləyib və onu hədələyib.

Ermənistan İstintaq Komitəsinin araşdırması nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxsin 28 yaşlı Artyom adlı Tavuş sakini olduğu müəyyən edilib. O, cinayəti törətdiyini etiraf edib, üzərində erməni qadına aid olan qızıl-zinət əşyaları aşkar olunub.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.