Cəmiyyət

Tərtərdə qaza görə abonentlərə əlavə borc yazılıb? - VİDEO

14 Aprel 2023 18:12
Baxış: 952
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tərtər rayonunun Səhlabat kəndinin sakinləri qaza görə onlara əlavə borc yazıldığını iddia edirlər.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, sakinlər bildiriblər ki, borcla bağlı onlara bildirişlər gəlib.

Onların iddiasına görə, "Azəriqaz" İstehsalat Birliyinin işçiləri istifadə etmədikləri təbii qaza görə borc yazıblar.

Sakinlərin sözlərinə görə, kənd əhalisinin yarıdan çoxuna əlavə olaraq  bildirişlər gəlib.

Məsələ ilə bağlı "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyev bildirib ki,  abonentlərə göndərilən bildiriş uçotu pozulmuş sərfiyyatla bağlıdır.

O da qeyd edilib ki, abonentə heç bir halda işlətmədiyi qaza görə əlavə bildirişlər verilə bilməz. Müxtəlif orqanlar tərəfindən  bunun təftişi də mümkündür.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.