Cəmiyyət

Astarada ETİRAZ: "Müəllim işdən çıxarılsın" - VİDEO

28 Mart 2023 11:29
Baxış: 1 994
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Astara rayonunun Motalayataq kənd sakinləri Sarvan Qurbanov adına kənd orta məktəbin Riyaziyyat və İnformatika müəllimi Ramin Böyükağa oğlu Əliyevin işdən çıxarılmasını tələb edirlər.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, sakinlər həmin müəllimin dəfələrlə kənddə əxlaqsız hərəkətlər etdiyini, ayrı-ayrı evli qadınlarla münasibətdə olduğunu iddia edirlər. Bu səbəbdən kənd camaatı Ramin Əliyevin məktəbdə müəllim kimi işləməsinin düzgün olmadığını deyirlər. 

Məsələni aydınlaşdırmaq üçün Lənkəran-Astara regional təhsil idarəsinə müraciət etdik.

Lənkəran-Astara regional təhsil idarəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Alim Əliyev Lent.az-a açıqlamasında bildirib ki, məsələ ilə bağlı araşdırma aparılır:

"Məsələ nəzarətə götürülüb. Hazırda araşdırma aparılır. Əlavə məlumat veriləcək". 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.