Polkovnik: Terror və təxribatlar İran-Ermənistan qardaşlığının ortaq təməlidir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Terror və təxribatlar İran-Ermənistan qardaşlığının ortaq təməlidir. Bu, İranla Ermənistan arasında dostluq və qardaşlıq münasibətlərinin göstəricisidir.
Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov söyləyib.
Hər iki ölkənin Azərbaycana yönələn terrorçu fəaliyyəti ilə diqqət çəkdiyini vurğulayan polkovnik bildirib: "Ermənistanın ötən əsrin 90-cı illərinin əvvəlindən ölkəmizə qarşı həyata keçirdiyi işğal siyasəti otuz il davam edib və 44 günlük Vətən müharibəsi ilə nəticələnib. Azərbaycan müharibə nəticəsində işğal altındakı torpaqlarını azad edib, ərazi bütövlüyümüz təmin olunub. Lakin müharibədən iki ildən çox vaxt ötsə də, Ermənistan terror və təxribatlarından əl çəkmir.
Maraqlıdır ki, hər zaman Azərbaycana qarşı düşmənçilik siyasəti yürüdən İran Vətən müharibəsindəki şanlı Qələbəmizdən sonra bizə qarşı daha açıq aqressiv münasibət bəsləməyə başlayıb. Azərbaycan sərhədlərində böyük hərbi təlimlərin keçirilməsi, terror dövləti olan Ermənistana iqtisadi-siyasi dəstəyin artırılması, Tehrandakı səfirliyimizə qarşı terror hücumunun təşkili və digər məsələlər İranın ölkəmizə qarşı məkrli niyyətindən xəbər verir. Təkcə bir faktı vurğulayaq ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) son bir neçə ayda İrana məxsus bir neçə casus şəbəkəsini ifşa edib. DTX tərəfindən deşifrə edilən İran casuslarının çoxluğu rəsmi Tehranın ölkəmizə düşmən münasibətinin göstəricisidir. İran ölkəmizə qarşı casus fəaliyyətini müxtəlif mədəniyyət mərkəzləri, dini mərkəzlər və digər adlar altında həyata keçirməyə çalışıb".
Veteranlar Təşkilatının sədr müavini qeyd edib ki, hazırda İran Ermənistanla münasibətləri inkişaf etdirməyə, onu hərbi və iqtisadi baxımdan yenidən dirçəltməyə səy göstərir. Məqsəd Ermənistanı Azərbaycanla yeni münaqişəyə cəlb etmək, bölgədə daha bir hərbi qarşıdurmanın baş verməsinə nail olmaqdır. İranla Ermənistan arasında qarşılıqlı səfərlərin artması, konsulluq fəaliyyətinin genişlənməsi rəsmi Tehranın həm də anti-İslami fəaliyyətindən xəbər verir. Otuz il ərzində torpaqlarımızın işğal altında qalmasına susan, məscidlərimizin dağıdılmasını, tövləyə çevrilməsini laqeydliklə seyr edən, Qarabağın talanmasının yaxın iştirakçısı olan İran bu gün də erməni təəssübkeşliyi mövqeyindən çıxış edir, terror dövlətinə hamilik göstərir.
"İran 44 günlük Vətən müharibəsində də Ermənistanın yanında yer alıb, ona kəşfiyyat məlumatları, hərbi və iqtisadi baxımdan ciddi yardımlar göstərərək anti-Azərbaycan fəaliyyət həyata keçirib. Həmin müharibədə həlak olan hər bir şəhidimizin qanına İranın da əli batıb və bu reallıq təkzibedilməzdir. Lakin İran bilməlidir ki, Azərbaycana qarşı düşmənçilik və Bakıda onun pozucu fəaliyyəti bu ölkə üçün acı nəticələrə, ciddi fəsadlara gətirib çıxara bilər. Azərbaycanla təzyiq və təhdid dilində danışmaq heç bir dövlətə fayda verməyib və İran da bu məsələdə istisna təşkil etməyəcək", - deyə Cəlil Xəlilov vurğulayıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda hava kəskin dəyişir - Xəbərdarlıq edildi
-
Əfv sərəncamının icrasına başlanılıb
-
Azərbaycanla bu ölkə arasında viza ləğv edilir
-
Ayın 24-də leysan yağacaq, dolu düşəcək - Proqnoz
-
Tacir Şahmalıoğlu əməliyyatdan sonra ilk dəfə paylaşım etdi - (Video)
-
Paytaxtda anım gününə həsr edilən ağacəkmə aksiyası keçirilib - (Foto)
XƏBƏR LENTİ
-
Rusiya Zelenskinin təhlükəsizliyini təmin etməyə hazırdır
-
Əməkdar artist: “Həkimlər çəkici elə vurublar ki, sümüyüm sınıb”
-
Verstappen Bakıda mövsümün ilk qələbəsini qazanmağa çalışacaq
-
Azərbaycanda hava kəskin dəyişir - Xəbərdarlıq edildi
-
Türkiyənin 36 vilayətində əməliyyat: 826 şübhəli saxlanıldı
-
Murat Boz “Allah belanı versin" deyib, mikrafona tüpürdü - (Video)
-
Zeynəb Xanlarova Türkiyədə əməliyyat olundu
-
Əfv sərəncamının icrasına başlanılıb
-
AFFA-dan “İmişli”nin futbolçusuna 6 oyunluq cəza
-
Bir vəkil kollegiyadan çıxarıldı, ikisinə töhmət verildi
-
Azərbaycan onu Türkiyəyə təhvil verdi
-
25 yaşlı türk futbolçu vəfat etdi - (Foto)
-
“Səhər tezdən bunun şahidi oldum” - Zaur Baxşəliyevi kövrəldən an - (Video)
-
Bakı-Sumqayıt yolunda ağır qəza - Avtomobillər aşdı - (Video)
-
Bərdədə “Kalaşnikov” avtomatı və 29 patron aşkarlandı
-
Hədəflər müəyyənləşib, Azərbaycanın yeni sənaye mərhələsi başlayır - Sevil Mikayılova
-
Azərbaycanla bu ölkə arasında viza ləğv edilir
-
Bakıda skuterdən yıxılan kişi öldü
-
Prezident İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Foto)
-
Ayın 24-də leysan yağacaq, dolu düşəcək - Proqnoz
-
Bu klub ev oyunlarını Xankəndidə keçirəcək
-
Pakistanda nazir silahlı şəxslər tərəfindən qaçırıldı
-
Tacir Şahmalıoğlu əməliyyatdan sonra ilk dəfə paylaşım etdi - (Video)
-
Paytaxtda anım gününə həsr edilən ağacəkmə aksiyası keçirilib - (Foto)





