Cəmiyyət

Şahid: "Cavidan Amirovun təcridxanada Nadir Əliyevi necə ifadə verməsi üçün istiqamətləndirdiyini eşitdim"

14 May 2010 18:28
Baxış: 430
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər portalının məlumatına görə, prosesində şahid qismində dindirilən polis əməkdaşı Ədalət Əliyev bildiridi ki, 2009-cu il aprel ayının 30-da o, Nəsimi rayon Polis İdarəsində növbətçi olduğundan digər polis işçiləri ilə birlikdə hadisə yerinə ilk gələnlərdən biri olub.
Şahidin sözlərinə görə, Neft Akademiyasının binasının girəcəyində onlara bir nəfər cins paltarda, başında beysbol kepkası olan oğlanın əlindəki tapança ilə camaatı öldürə-öldürə yuxarı çıxdığını bildirdi.
"Bundan sonra polis işçiləri ehtiyatla yuxarı çıxsmağa başladıılar. Hər mərtəbədə 2-3 nəfərin meyitini gördük. Yuxarı mərtəbələrə yaxınlaşanda, 6-cı mərtəbədən bir atəş səsi eşitdik. Ora gəldikdə qeyd olunmuş paltarda olan oğlanın yenicə özünü gicgahından tapança ilə vurduğunu, onun can verdiyini, tapançanın sol əlində olmasını gördük. Onun üstünə baxış keçirilərkən gödəkçəsinin alıtndan belinə üç qatar patrondaşın bağlandığını, cibində mobil telefonunun olduğu müüəyyən edildi. Onun telefonuna baxış keçirilərkən isə ona hadisə günü sonuncu zəng edən şəxsin Cavidan Amirovun olduğu  müəyyən edildi"-şahid ifadəsində bildiridi.

Şahid Ədalət Əliyevin həmin ifadələri ilə əlaqədar dövlət ittihamçısı Nəriman Ələkbərovun suallarına cavab olaraq, təqsirləndirilən şəxs Cavidan Amirov onun hadisədən dərhal sonra Fərda Qədirova zəng etməsinin səbəbini izah edə bilmədi.

Daha sonra məhkəmədə ifadə verən təqsirləndirilən şəxs Cavidan Amirovun qohumları Ziyadxan Əmirov, Hacıəmir Əmirov və Mətanət Əmirova bildirdilər ki, Cavidan onların evində yaşamış, qanlı hadisədən sonra polislər tərəfindən onun yaşadığı otağa onların iştirakı ilə baxış keçirilərkən, çapayısının üstündəki döşəyin altından selolfan torbada bir neçə ədəd patron və iki büküm narkotikə bənzər maddə aşkar edilib.      

Digər şahid Tariyel Quliyev dindirilərkən məhkəmədə müəyyən gərginlik yaranıb. Şahid bildiridi ki, 2009-cu ilin iyununda bir neçə ay ərzində Bakı İstintaq təcridxanasında təqsirləndirilən Nadir Əliyevlə bir kamerada saxlanılıb. Şahidin sözlərinə görə, kamera yoldaşları ondan nəyə görə həbs olunduğunu soruşduqda, N.Əliyev "40 dil" danışaraq, hər dəfə hadisəni bir cür izah etdi. Onun yalançı olduğunu görüb, o bir daha N.Əliyevlə  söhbət etməyib və onun danışdıqları ilə maraqlanmayıb. Ona görə də N.Əliyevin hadisə barədə nə danışmasını xatırlamır.

Şahid dövlət ittihamçılarının suallarına cavab olaraq bildirdi ki, N.Əliyev daha çox digər dustaq - Elmar Mehdiyevlə yaxın təmasda olub, həmçinin ona qarşı kamerada heç kəs tərəfindən qanunsuzluğa yol verilməyib.

Dövlət ittihamçılarının şahid Tariyel Quliyevə ibtidai istintaqda N.Əliyevin hadisə barədə danışdıqları barədə daha ətraflı ifadələr verməsini xatırlatdıqda, o, ifadələrini xatırlamadığını bildirdi və bu səbəbdən onun ibtidai istintaqda verdiyi ifadələri elan edildi. Tariyel Quliyev istintaq ifadəsində göstərib ki, N.Əliyevlə bir kamerada olarkən  hadisəni törətmiş Fərda Qədirovun onun həmkəndlisi olması, onunla 2009-cu ilin mart ayında Bakı şəhərində görüşüb, bir neçə dəfə onun yaşadığı evə gedib bir yerdə yeyib-içmələri, həmçinin bir yerdə kafelərdə olub əxlaqsız qadınlarla əylənmələri barədə onlara danışıb.

"Nadir Əliyev onlara həmçinin danışıb ki, Fərda Qədirov ona tapança göstərərək əvvəlcə həmkəndliləri Seyid Qasımı öldürəcəyini, tapançanı Tbilisi şəhərində Sergey adlı taksi sürücüsünün köməkliyi ilə almasını, həmin tapançadan Daştəpə kəndidəki evlərinin zirzəmisində atəş açıb məşq etməsini, tapançanı avtobus sürücüsünün köməkliyi ilə Bakı şəhərinə gətirib burada onun evində kirayə yaşamasını, Neft Akademiyasında qanlı hadisə törədəcəyi və bunu ona Marneuli rayonunda yaşayan milliyyətcə erməni olan Mardun adlı şəxs sifariş etməsini, buna görə 50.000 ABŞ dolları pul alacağını, həmin hadisəni Neft Akademiyasında törədilməsini isə Cavidan Amirovun məsləhət görməsini, Fərdanın və Cavidanın birlikdə Neft Akademiyasının binasında olub, giriş-çıxışını, qaçmaq yollarını öyrənmələrini, F.Qədirovun cinayəti Cavidan Amirovla birlikdə törədəcəklərini, Nəcəf Süleymanovun isə onlara köməklik etməli olduğunu deyib. Lakin Nəcəf Süleymanovun atasının ölməsi ilə əlaqədar onu əvəzləməyi Nadir Əliyevdən tələb edib və onun deməsinə görə, sonuncu qorxusundan razılıq verib. N.Əliyev həmçinin danışıb ki, hadisə günü onlar C.Cabbarlının heykəlnin qarşısında  təxminə saat 08-də görüşüb birlikdə cinayəti törətməyə getmələri barədə razılığa gəliblər. Lakin o, həmin vaxt ora gəlsə də, qorxusundan F.Qədirova yaxınlaşmayıb və çıxıb iş yerinə gedib. İstintaq təcridxanasında olduqları vaxt C.Amirovun gəzinti otağında N.Əliyevə təzyiq etdiyini, ona necə ifadələr verməsinə dair istiqamət verilməsini eşidib"-deyə şahidin istintaq ifadəsində deyilir.
 
Dövlət ittihamçı Abdulla Yusifovun ibtidai istintaqda verdiyi itfadələrini təsdiq edib-etməməsi barədə sualına cavab olaraq şahid Tariyel Quliyev "türmədə" bir dustağın başqa düstağa qarşı ifadə verməsinə "pis" baxıldığını bildirdi və suala konkret cavab verməkdən yayındı.

Sədrlik edən hakim Ramella Allahverdiyevanın suallarına cavab olaraq isə şahid Tariyel Quliyev bildirdi ki, o, ibtidai istintaqda  itfadələrini könüllü vermiş, dindirmə protokolundakı imzalar ona məxsusdur.

Məhkəmə prosesi mayın 17-də davam etdiriləcək.

Anar Məmmədov
Milli.Az

Mövzuya uyğun linklər:

Şahid: "Fərda Qədirov barda cibindən böyük məbləğdə pullar çıxarırdı"

Şahid: "Fərda Qədirov hadisədən sonra Moskva şəhərində Mardunla görüşəcəkdi"

Şahid: "Fərda ilk üç nəfəri vurandan sonra dəşhətli nərə çəkdi"

Təqsirləndirilən şəxs: "Fərdanın gözləri qırmızı idi, valideynlərinə də nifrət edirdi"

Şahid: "Fərda mənə əlindəki silahla iki dəfə atəş açmaq istəsə də, silahında güllə olmadı"

Şahid: "Mənə güllə atan şəxs Fərda Qədirova oxşamırdı"

ADNA qətliamından 1 il ötdü

ADNA-da törədilən terrorla bağlı həbs olunanlar məhkəməyə arxa çevirdilər

Neft Akademiyasında törədilən terrorla bağlı məhkəmə başladı


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.