Cəmiyyət

Bakıda peşəkar döyüşçünün avtomobili qaçırıldı

25 Aprel 2012 12:21
0 Şərh     Baxış: 345
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Bakı Şəhər Baş Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, aprelin 19-da A.Məhərrəmov küçəsində yerləşən avtoyuma sexindən Bakı şəhər sakini Tacəddin Əfəndiyevə məxsus 5-ci seriya "BMW" markalı maşın qaçırılıb.

Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsi və Ağsu rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avtomobili qaçıran Ağsu rayon sakini Eyvaz Kazımov aprelin 23-də Ağsu rayonunda avtomobillə birlikdə saxlanılıb. Cinayətin digər iştirakçısının tutulması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Onu da əlavə edək ki, T.Əfəndiyev peşəkar idmançıdır. O, aykido üzrə "Hombu Dojo" aykido klubunda müəllimdir.

Zərərçəkmiş özü Milli.Az-a açıqlamasında bildirdi ki, avtomobili artıq özünə qaytarılıb. Maşını avtoyuma məntəqəsindən qaçıran şəxs elə orann işçisidir. Avtomobil ona qaytarılan zaman maşının təkəri, salonunda bəzi əşyalar sökülmüş vəziyyətdə olub.

Anar Məmmədov
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.