Cəmiyyət

Azərbaycan əsgərinin bu sözləri Türkiyədə gündəm oldu - VİDEO - FOTO

16 Fevral 2023 14:13
Baxış: 5 077
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Pakistanda təlimlərində iştirak edən Azərbaycan Hərbi Dəniz Qüvvələrinin "Sualtı Hücum" Dəniz Komandoları Birliyinin üzvü Ramazan Balakişiyevin sözləri Türkiyədə gündəm olub.

Milli.Az xəbər verir ki, Pakistanda AMAN-2023 çoxmillətli dəniz təlimləri keçirilir.

Təlimlərdə Azərbaycanla yanaşı, Türkiyə də iştirak etməli idi, lakin baş verən zəlzələyə görə türk hərbçilərinin iştirakı təxirə salınıb.

Təlimdə iştirak edən Azərbaycanın dəniz komandosu Ramazan Balakişiyev "Anadolu agentliyi"nin müxbiri ilə söhbətində Türkiyədə baş verən zəlzələyə görə çox kədərli olduqlarını bildirib.

"Türkiyənin kədəri bizim kədərimizdir. Təlimlərə görə buradayıq, amma ürəyimiz Türkiyədədir", - o deyib.

Balakişiyev dəniz komandolarının dəstək məqsədilə Türkiyəyə getmək istəkləri haqda komandanlığa məruzə etdiklərini də deyib. Lakin onlara bildirilib ki, Azərbaycandan lazım olan qədər personal qardaş ölkədədir və Pakistan və Azərbaycan arasındakı rəsmi prosedurlara görə bu, mümkün olmayacaq.

"Lakin ürəyimiz qardaş ölkədədir. Zəlzələyə görə türk hərbçilər təlimlərə gələ bilmədi, amma narahat olmasınlar, biz burada təkcə Azərbaycanı deyil, qardaş ölkə Türkiyəni də təmsil edirik", - kapitan bildirib.

Azərbaycanlı hərbçinin bu sözləri Türkiyə mediasında gündəm olub. (publika)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.