Cəmiyyət

Şuşaya qar yağır: Temperatur -3 dərəcəyə düşdü - VİDEO

8 Fevral 2023 23:16
Baxış: 1 063
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün axşam saatlarından başlayaraq Şuşa şəhərinə yağan qar davam edir və hazırda havanın temperaturu -3 dərəcədir.

Milli.Az "report"a istinadən bildirir ki, şəhər ərazisində nəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkətini təmin etmək məqsədilə yolların qardan təmizlənməsi işləri axşam saatlarında da davam etdirilir.

Belə ki, küçə və prospektlərdə səhər saatlarından etibarən iş aparılır, yollar texnika vasitəsilə qardan təmizlənir.

Gün ərzində təmizləmə işləri davam etdirildiyi üçün hazırda yollarda avtomobillərin hərəkəti üçün problem və çətinlik müşahidə olunmur.

Avtomobillərin hərəkəti normal şəkildə davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.