Cəmiyyət

Sərnişin avtomobildə siqaret çəkdi, cərimə sürücüyə yazıldı - VİDEO

4 Fevral 2023 22:28
Baxış: 885
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Taksi sürücüsü avtomobilində tütün çəkilməsinə görə 40 manat cərimələnib. Üstəlik, maşında siqareti o yox, sərnişini çəkib. Cəriməsi isə sürücüyə yazılıb.

Milli.Az "Xezerxeber"ə istinadən xəbər verir ki, cərimə protokolunun fotosu sosial şəbəkələrdə də yayılıb.

Ümumiyyətlə, son günlər nəqliyyat vasitəsində siqaret çəkilməsinə görə cərimələnən sürücülərin sayı artıb.

Sərnişinin əvəzinə sürücünün cərimələnməsi isə taksi sürücülərini ziyana salır. Ancaq onlar müştərini qaçırmamaq üçün bəzən buna məcbur olduqlarını deyirlər.

Bununla belə, taksi sürücüləri arasında məsələyə prinsipial yanaşanlar da var.

Mövzuya münasibət bildirən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli deyir ki, sərnişindaşıma xidmətləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilməlidir.

Araz Əsgərli onu da qeyd edib ki, şəxsi avtomobillərdə də bəzən sürücülər buna görə cərimələnirlər. Lakin buna səbəb avtomobildə tütün çəkilməsi yox, tullantısını avtomobildən kənara atmaları olur. Buna görə də sürücüyə 40 manat məbləğində cərimə tətbiq olunur.

Daha ətraflı videomaterialda:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.