Bakıda məşhur ifaçıların iştirakı ilə Vaxtanq Kikabidzenin xatirə gecəsi keçirilib - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda yerləşən "Georgian Point" gürcü restoranında tanınmış müğənni və bəstəkar, Gürcüstanın Xalq Artisti Vaxtanq Kikabidzenin xatirə gecəsi keçirilib.
Milli.Az Trend-ə istinadən bildirir ki, tədbirin açılışında layihənin təşkilatçısı və aparıcısı, Trend-in müxbiri Vüqar İmanov Vaxtanq Kikabidzenin həyatdan getməsinin onun yaradıcılığının çoxsaylı pərəstişkarlarının, o cümlədən Azərbaycanda böyük kədərlə qarşılandığını deyib. Vaxtanq Kikabidze yüksək insani keyfiyyətlərin nümunəsi, Azərbaycanın böyük dostu olub, Bakıda dəfələrlə çıxış edib, onu ikinci vətəni hesab etmiş, burada çoxlu dostları olub.
Gürcüstanın Azərbaycandakı səfirinin müavini Revaz Sakvarelidze qeyd edib ki, böyük sənətkarın həyatdan getməsi ölkə mədəniyyəti və dünya üçün böyük itkiyə çevrilib. Vaxtanq Kikabidze bütöv bir dövrün nümayəndəsi idi, gürcü ruhunu təcəssüm etdirirdi, qardaş Azərbaycana böyük məhəbbətlə yanaşırdı. Vüqar İmanova Gürcüstanın Azərbaycandakı Səfirliyi adından xatirə gecəsinin təşkilinə görə təşəkkür edilib.
Vaxtanqa Kikabidzenin haqqında xatirələrini Azərbaycandakı Gürcü diasporunun nümayəndəsi Nini Karseladze bölüşərək, ölkələrimiz arasında tarixi qardaşlıq münasibətlərini vurğulayıb.
Vaxtanq Kikabidzenin həyat və yaradıcılığı haqqında videomateriallar - filmlərdən kadrlar, müsahibələrdən sitatlar, "Biz gedirik" mini-filmi təqdim olunub.
Konsert proqramında Vaxtanq Kikabidzenin hitləri ilə Qasım Xəlilov, Xəyyam Mustafazadə, Ceyhun Bakinski, Cəlal Abbasov, Ülker Quliyeva, Hava Dolev, Emin Azayev və gürcü ifaçılar - Tiko, Maxo, Nini Karseladze, həmçinin Dağıstandan olan müğənni Eyzer Nazarov və "Azərbaycan inciləri"rəqs kollektivi çıxış ediblər.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Polis gücləndirilmiş iş rejimində xidmət aparır
-
Naxçıvandakı pensiyaçılara şad xəbər
-
PAŞA Real Estate - FORMULA 1 QATAR AIRWAYS AZERBAIJAN GRAND PRIX 2026-nın tərəfdaşı oldu - (Video)
-
Bakıda hər yağışdan sonra eyni mənzərə: Problemin səbəbi nədir?
-
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
-
6 milyon manatdan çox ƏDV qaytarılıb
XƏBƏR LENTİ
-
Daha az şəkərli mürəbbə hazırlamaq istəyənlərə tövsiyə
-
Heç vaxt yola getməyən bürc cütlükləri
-
“5 il ömrüm qalıb” - Brüs Kempbell
-
Məşq etmədən əzələ artırmaq mümkün olacaq - Yeni texnologiya
-
Ərik, şaftalı və gavalının qabığını yemək olarmı?
-
Bağçaya kül səpin: Möcüzə yaradır
-
Xərçəng xəstələrinin sayı 67% artacaq
-
UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk oyunları keçirilib
-
Zərdabda ağır qəzada 5 nəfər yanaraq ölüb - (Foto)
-
“WhatsApp” bu telefonlarda artıq işləməyəcək
-
"Miss Avstriya"nın qalibi 22 yaşında vəfat etdi - (Foto)
-
Şəkidə faciəvi şəkildə ölən Ucal bu agentliyin əməkdaşı imiş
-
Sabah bir neçə rayonda işıq olmayacaq
-
"Tasnim": ABŞ İranın neft tankerinə raket hücumu edib
-
Günün qoroskopu: Sağlamlığınıza xüsusi diqqət yetirin
-
2027-ci illə bağlı Vanqanın proqnozu
-
Qatarın vurduğu 24 yaşlı Rahillə bağlı təsirli fakt
-
Bakıda restorana məxsus transformator yanıb - Yenilənib - (Video)
-
Heyvandarlıqda yeni subsidiya modeli: Fermerlər üçün nə dəyişəcək?
-
Azərbaycanlı qadın aeroportda çətin anlar yaşatdı - (Video)
-
Azərbaycanda bu şəxslər ödənişsiz psixoloji yardım alacaqlar
-
Xətai qaranlığa qərq oldu
-
24 yaşlı məşhur fud-bloger öldü
-
Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib - (Foto)





