“Cadunu inkar edirsənsə, Quranı da inkar edirsən” - Zirəddin Rzayev
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Elə bir dövrdə yaşayırıq ki, mistik qüvvələrlə bağlı qəti qənaətə gəlmək olmur. Bəzi insanlar cadunun, tilsimin olduğunda israr edir, bəziləri bu şeylərin adı çəkilən kimi gülür. Tarix boyunca cadu, sehr, tilsim və s. bu kimi əməllər mövcud olub. Lakin bu işlə məşğul olmaq haram və çox böyük günahlardandır.
Bəzən isə baxıcılar "Səndə cadu yoxdur, bağlılıq var" deyərək insanları inandırırlar. Bəs görəsən, bu anlayışlar həqiqətən varmı? Mövzu ilə bağlı Yenisabah.az-a danışan tanınmış ekstrasens Zirəddin Rzayev bildirib ki, cadunun varlığının ən gözəl sübutu "Qurani-Kərim"in 113-cü "Fələq" surəsidir:
"Bağlılıq deyilən bir anlayış ümumiyyətlə, yoxdur. Cadu özü insan üzərində bir ağırlıq, neqativ enerjidir. Burada sirlər var, mən bir kəlməmlə insanlara cadunu necə edirlər öyrədə bilərəm. Amma bu barədə danışmaq istəmirəm, çünki bu, günahdır, haramdır.
Cadunun yaxşı tərəfi yoxdur, amma elmi cəhətdən araşdıranda məlum olur ki, cadu ilə insanlara həm kömək etmək, həm də zərər vurmaq olur. Ona görə də cadularla bağlı danışmağı sevmirəm. Qısaca olaraq deyə bilərəm ki, "bağlılıq" anlayışı yoxdur.
Məsələn, bir insana ovsun edib qıfılla bağlaya bilərsən. "Qurani-Kərim"in Fələq surəsində buyurulur: "(Ovsun oxuyub) düyünlərə üfürən (yaxud: cadu edib iplərə düyün vuran) qadınların şərindən (Allaha sığınıram)".
Bəzi adamlar deyir ki, mən caduya inanmıram. Belə deyən insan avtomatik olaraq Allaha da inanmır, çünki Allah Quranda deyir ki, cadu var. Nəinki Quran, bütün səmavi dinlər cadu anlayışını qəbul edirlər. Buna şarlatanlıq, yalançılıq demək doğru deyil, çünki o boyda Quran, İncil, Tövrat, Zəbur cadu var deyirsə, bunu necə inkar etmək olar? Sən cadunu inkar edirsənsə, birbaşa Quranı inkar edirsən".
Mütəxəssis qeyd edib ki, cadu ilə bağlılığın fərqli anlayış olduğunu iddia edənlər insanları aldadırlar:
"Cadu ilə insanı bağlamaq olur, amma cadu ilə bağlılıq ayrı-ayrı şeylərdir demək yalandır. Məsələn, qızın bəxtini, insanların dil-ağzını bağlayırlar, yaxud hamilə qadına Hamzat salırlar, bu zaman qadının bətninə uşaq düşür, böyüyür, amma heç vaxt dünyaya gəlmir, düşür. Bu da bağlılıqdır, buna nə ad istəsən verə bilərsən - cadu, bağlılıq, hamzat, ovsun, tilsim, amma nəticə eynidir. Putinin bir sözü var: Danışıqlar necə gedir, getsin, toy axşamı nəticə eynidir. Ona görə də bu əmələ nə ad verilirsə, verilsin, nəticə eynidir".
Z.Rzayev "Xristian cadusu", "Yəhudi cadusu" kimi anlayışların da tamamilə cəfəngiyyat olduğunu açıqlayıb:
"Bəzi insanlardan tez-tez eşidirəm ki, "filankəsə xristian cadusu edilib", "yəhudi cadusu edilib", bu da tamamilə cəfəngiyyatdır. Xristian, müsəlman, yəhudi cadusu deyilən bir şey yoxdur, cadunun dini yoxdur. Bu dinə aid olan bir şey deyil.
Mənim yanıma çox adamlar gəlir, bəzən insanlar kəskin psixozla, nevrasteniya ilə gəlirlər. Baxıram ki, bu adam həkimlikdir, heç bir cadu yoxdur. Bəzən də insanlar gəlir, deyirsən ki, cadu var, deyir ki, yox, məndə cadu ola bilməz, kimə neyləmişəm ki?
Ona görə də cadunun diaqnozunu düzgün qoymağı bacarmaq lazımdır. Elə insanlar var ki, yuxusunu qatır, yaxud yata bilmir, saçı tökülür, ağzı quruyur, bu adam depressiyada da ola bilər, cadu da olunmuş ola bilər. Bunun üçün professional şəxs lazımdır ki, məsələni araşdırsın, səbəbini desin.
Məsələn, bəzi qadınlarda toksoplazma virusu ola bilər, uşaq bətndə bu səbəbdən qalmaya bilər, amma baxıcı "səndə hamzat var" deyə bilər. Bütün bunları nəzərə almaq lazımdır. Bəzən insanların seçib üz tutduğu şəxslər dərin biliyə, elmə, qabiliyyətə, öncəgörücülüyə malik olmurlar. Bunlar olmayandan sonra nə desən danışırlar. Mən bəzi müasir ekstrasenslərin, öncəgörücülərin danışıqlarına baxdıqca məəttəl qalıram".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Qan təzyiqini ölçərkən bu səhvləri etməyin
-
Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu
-
Yaxşı niyyətli görünüb sizdən istifadə edənlərin ən çox işlətdiyi 9 cümlə
-
Turşunun xırt-xırt olması üçün bankaya 3 ədəd atmaq kifayətdir
-
Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma
-
"Kadir" "Eşref"i tək qoymayacaq
-
Problemli kreditlərin həcmi artır - Səbəb nədir? - (Video)
-
İsmail Kartal: "Bakıda qələbə qazanmaq və ya məğlub olmaq önəmli deyildi"
-
“Fənərbaxça”dan Azərbaycanla bağlı paylaşım
-
Zelenski: Putin ABŞ-yə yeni şərtlər qəbul etdirməyə çalışır
-
Bəxtiyar Əsgərov işdən çıxarıldı, yoxlamalar başladı
-
Cəbrayılın işğaldan azad edilməsindən 6 il ötür
-
Günün qoroskopu: Özünüzü müdafiə etmək üçün cəsarətli olun
-
Bakıda kanatla sərnişindaşıma olacaq - (Video)
-
Paltaryuyan maşına 1 ovuc düyü qoyun və fərqi görün
-
Danla Bilic yenidən əməliyyat olundu - (Foto)
-
Tovuzda qadın evdə yanaraq ölüb, oğlu saxlanılıb - (Video)
-
Filosof İoanna Kuçuradi vəfat edib
-
Fatih Terimin ayaqqabısı dəfndə parçalandı - (Video)
-
Bruno Fernandeş Ronaldu barədə sükutu pozdu
-
Zelenski: Rusiyanın neft emalı zavodlarına zərbələri ikiqat artıracağıq
-
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
-
“Fənərbaxça” “Turan Tovuz”u məğlub etdi - Yenilənib - (Video)
-
Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı





