Orta əsrlərin yadigarı olan Bobogil türbəsi - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Lerik rayonu insanların ən qədim yaşayış məskənlərindən biridir. Rayonda bir çox tarixi abidələrlə yanaşı, dini abidələr də çoxluq təşkil edir. Belə abidələrdən biri də dini-tarixi memarlıq üslubunda tikilən Bobogil (red - Babagil kimi də tanınır) türbəsidir.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, abidə Lənkəran-Lerik yolunun 40-cı kilometrliyində, Lerikin Bobogil kəndi ərazisində yerləşir. Bu türbədə, vaxtilə İranın Gilan vilayətindən Astaranın indiki Əsxənəkəran (o vaxtkı adı Asnaqaran - Dəmirçilər) kəndinə köçərək, burada məskunlaşan Nizaməddin Əmir Şahsevər Kəskəri Gilani dəfn olunub. Tarixçilərin fikrincə, "Bobogil" sözünün mənası "Gilanlı baba" deməkdir.
Tarixçi Hüseynbala Əliyev bildirir ki, Nizaməddin Əmir Şahsevər Kəskəri Gilani XIV əsrdə yaşayıb, dövrünün tanınmış sərkərdəsi və din alimi olub. O, bu ərazidə baş verən böyük savaşda həlak olub və elə burada kənd sakinləri tərəfindən dəfn olunub.
Əmir Şahsevər Kəskəri kənd sakinlərinin, eləcə də ətraf ərazilərdə yaşayanların hörmətini qazanan bir şəxs olub. O, İmam Museyi Kazım nəslindən olub və buralarda İslam dinini həm təbliğ, həm də tədris edib.
Nizaməddin Əmir Şahsevər Kəskəri Gilani dəfn olunduqdan sonra onun qəbri ziyarətgaha çevrilib.
Orta əsrlərin yadigarı olan bu müqəddəs məkana Lerikdən, ölkənin digər bölgələrindən, hətta xaricdən də ziyarətçilər gəlir.
Qeyd edək ki, Bobogil türbəsi XV əsrə aid olan qəbiristanlıqda inşa edilib. Ərazinin unikallığı ondan ibarətdir ki, buralar sıx şümşad meşə ilə əhatə olunub. Bundan əlavə, qəbiristanlıqda müxtəlif formalı daş qoç fiqurları, günbəz və Günəş şəkilli qədimi qəbir daşları da var.
Ehtimala görə, burada böyük tikinti kompleksi olub. Bunlar əsasən xatirə-türbələrindən ibarət imiş. Türbələr digər tarixi abidələrə xas keyfiyyətləri özlərində birləşdirir. Məqbərələr ətrafında məscid, xanəgah, ziyarətgah yaradılıb. Təəssüf ki, bu abidələr zaman keçdikcə dağılıb, yalnız izləri qalıb.
Hüseynbala Əliyev bildirir ki, Bobogil haqqında müxtəlif zamanların tarixçiləri və təzkirəçiləri öz əsərlərində məlumat veriblər. Bu məlumatlar Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun arxivində 6 sənəd toplusunda saxlanılır. Sənədlər Orta əsr Azərbaycan tarixinin və sənətkarlığının öyrənilməsi baxımından böyük əhəmiyyət kəsb edir.
2002-ci ildə Bobogil türbəsində bərpa işləri aparılıb, Şərq üslubunda məqbərə ucaldılıb, ziyarətgaha bulaq suyu çəkilib. Türbənin bir hektara yaxın sahəsi ağ daşla hasara alınıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
“Avtovağzal” metrosunda ödənişsiz giriş tətbiq edildi - Son vəziyyət - (Video)
-
Azərbaycana payız fəsli daxil olub
-
Bu avtobusun hərəkət sxemi müvəqqəti dəyişdirildi
-
Metronun 2 stansiyasında giriş sabahdan ödənişsiz olacaq - müddət açıqlandı - Yenilənib
-
Azərbaycanda plastik cərrahların sayı artdı
-
Bu qurumlar sabahdan distant iş rejiminə keçir
XƏBƏR LENTİ
-
“Avtovağzal” metrosunda ödənişsiz giriş tətbiq edildi - Son vəziyyət - (Video)
-
Bakıda onuncu yarış: 2026 Azərbaycan Qran-Prisi öncəsi əsas məqamlar - (Fotolar)
-
Dünya bazarında neft ucuzlaşır
-
Aynur Dadaşovanın səhhətində problem yarandı: “Həkim nəzarətindəyəm”
-
Qazın qiyməti bahalaşdı
-
Azərbaycana payız fəsli daxil olub
-
Millimiz bu gün Tacikistan yığması ilə üz-üzə gələcək
-
Bu avtobusun hərəkət sxemi müvəqqəti dəyişdirildi
-
Bakıda cərimələnən klinikanin rəhbəri danışdı - (Video)
-
Telefonun bu funksiyaları həyatınızı xilas edə bilər
-
Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır
-
Avtomobillərin katalizatorlarını baha edən nədir? - (Video)
-
Eşq iddialarından sonra belə görüntüləndilər - (Foto)
-
6 yaşlı çinli uşaq rekord qırdı - (Video)
-
Ulduzların iş yerində başlayan eşqləri
-
Erlinq İnternetdə viral olan videosunu təkrarladı - (Video)
-
Ceyhun Bayramov Əraqçi ilə görüşdü
-
Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi - Yenilənib
-
Bu gün bəzi rayonlarda işıq olmayacaq - Yenilənib
-
Bakıda ildə 3-4 dəfə təmir olunan yol yenə çökdü - (Video)
-
“Kuba tamamilə iflas etmiş bir dövlətdir” - Tramp
-
Günün qoroskopu: Səbrinizi sınayacaq bir vəziyyətlə qarşılaşa bilərsiniz
-
Polşa Orta Dəhlizdən qazanmaq istəyir, lakin "həm nala, həm də mıxa" vurmaq alınmayacaq
-
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının sədri ilə görüşüb - (Foto)





