Cəmiyyət

Atasının ölümündən bir ay sonra özü də vəfat etdi

14 Yanvar 2023 06:58
Baxış: 1 752
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Vətən müharibəsi iştirakçısı Azər Bayramov vəfat edib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, o, qan xərçəngi xəstəliyindən dünyasını dəyişib.

Müharibə dövründə xüsusi təyinatlı qüvvələrdə xidmət edən Azər Bayramov, sonradan polis leytenantı kimi çalışırdı. O, Vətən müharibəsində göstərdiyi şücaətə görə Füzulinin, Cəbrayılın, Şuşanın azad olunması və "Vətən uğrunda" medalları ilə təltif olunub.

Qeyd edək ki, Lerikin Siyon kəndindən olan Azər Bayramovun atası Həsən Bayramov bir ay öncə dünyasını dəyişmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory