Cəmiyyət

Səttar Bəhlulzadənin əsərlərini milyonlarla dollara satışa çıxaran kimdir? - AÇIQLAMA - VİDEO

13 Yanvar 2023 14:19
Baxış: 2 098
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xalq rəssamı Səttar Bəhlulzadənin əsərləri onlayn internet mağazasında satışa çıxarılıb.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, 650 rəsmdən ibarət kolleksiya 18 milyon 500 min dollara təklif edilir.

Hər bir əsərin orijinallığının "Azərbaycan Dövlət Muzeyi" adlı qurumun təqdim etdiyi sertifikatlarla təsdiqləndiyi bildirilir.

Məsələyə Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziydadxan Əliyev münasibət bildirib.

O deyib ki, satışa çıxarılanlar arasında cəmi  bir neçə bitkin, tam əsər var.

Ziydadxan Əliyevin sözlərinə görə, mütəxəssislərdən ibarət komissiya yaradılaraq xaricə göndərilməli, real görüldükdən sonra qərar verilməli, rəssamın yaradıcılığını zənginləşdirən əsərlər alınmalıdır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.