Cəmiyyət

Tanınmış məşqçini qətlə yetirən arvadının istintaqı başa çatdı

21 Dekabr 2022 11:48
Baxış: 2 275
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda ərini qətlə yetirməkdə təqsirləndirilən Əfsanə Qalabəylinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Milli.Az APA-ya istinadən bildirir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Siyavuş Hacıyevın icraatına verilib.

Qeyd edək ki, hadisə sentyrabrın 2-də Xətai rayonu ərazisində qeydə alınıb.

Əfsanə Qalabəyli özündən 13 yaş böyük olan həyat yoldaşını çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib.

Onu da qeyd edək ki, N. Qalabəyli kikboksinq üzrə tanınmış məşqçidir.

O, "Sərhədçi" idman kompleksində çalışırmış.

Ailənin 4 övladı var, onlardan 3-ü oğlan, biri isə qızdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.