"MTV"də yayımlanan "Ümid ilə gəl" proqramında həyəcanlı anlar yaşanıb.
Milli.Az baku.ws-yə istinadən bildirir ki, 5 ildir uşaqlarını görməyən Səbinə adlı qadının halı anidən pisləşib
Efirə uşaqları üçün gələn 33 yaşlı Səbinəyə efirdəkilər köməklik göstərib.
13, 11 və 8 yaşlı üç oğlu olan qadın ekspertlər tərəfindən qınanıb. Qadın isə qarşı tərəfin uşaqları ilə görüşməyə icazə vermədiklərini bildirib.
Müzakirə əsnasında qadının halı pisləşib və özünü itirib
Milli.Az