Uşaqları üçün efirə gələn Səbinənin halı canlı yayımda pisləşdi

15 Dekabr 2022 22:29

"MTV"də yayımlanan "Ümid ilə gəl" proqramında həyəcanlı anlar yaşanıb.

Milli.Az baku.ws-yə istinadən bildirir ki, 5 ildir uşaqlarını görməyən Səbinə adlı qadının halı anidən pisləşib

Efirə uşaqları üçün gələn 33 yaşlı Səbinəyə efirdəkilər köməklik göstərib.

13, 11 və 8 yaşlı üç oğlu olan qadın ekspertlər tərəfindən qınanıb. Qadın isə qarşı tərəfin uşaqları ilə görüşməyə icazə vermədiklərini bildirib.

Müzakirə əsnasında qadının halı pisləşib və özünü itirib

Milli.Az