Cəmiyyət

Sabiq və indiki təhsil nazirləri bir arada - FOTO

1 Dekabr 2022 18:54
Baxış: 1 120
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Elm və təhsil naziri Emin Əmrullayev sabiq təhsil naziri, Azərbaycan Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru Misir Mərdanovla görüşüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı Emin Əmrullayev öz sosial şəbəkə hesabında paylaşım edib.

Nazir M. Mərdanovla yanaşı, sabiq rabitə naziri, hazırda İdarəetmə Sistemləri İnstitutunun baş direktoru olan Əli Abbasov və digər şəxslərlə də görüşdüyünü qeyd edib.

Görüş zamanı elmi-tədqiqat işləri, kadr hazırlığı, il ərzində nüfuzlu bazalara daxil olan jurnallarda çap olunmuş məqalələr, hazırlanan elmi jurnallar haqqında müzakirə aparılıb, laboratoriyalara baxış keçirilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.