Cəmiyyət

Gəncədə yaşayan xristianlar Pasxa bayramını qeyd edirlər

15 Aprel 2012 18:22
0 Şərh     Baxış: 1 906
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, bütün dünyada olduğu kimi, Azərbaycanın qərb bölgəsində yaşayan pravoslavlar da Gəncədə yerləşən Aleksandr Nevski kilsəsinə toplaşıb, dini ayinlərin icrasına başlayıblar. İsa Məsihin çarmıxa çəkildiyi, xaçdan azad edildiyi gün kimi qəbul olunan Pasxa, xristianlara günahlardan təmizlənmə vəd edir.

Dünən axşam saatlarından Gəncədə və ətraf bölgələrdə yaşayan bütün pravoslav xristianlar kilsəyə toplaşaraq bütün gecəni dini ayinlər icra ediblər. Dini ayinlərdə böyüklərlə yanaşı, uşaqlar da iştirak ediblər.

Rus Provaslav Kilsəsi dini icmasının sədri Andrey Alekseyevic Bezatosnı bildirib ki, Pasxa xristianlar üçün xüsusi bayramdır. O, qeyd edib ki, insanlar Allahın mövcudluğuna, və həyatda yaxşı insanların olmasına sevinirlər.

"Pasxa bayramı bizdə təntənə ilə qeyd olunur. Əvvəlcə 40 günlük post tutulur. Bu isə gördüyünüz kimi, sonda Pasxa bayramı ilə qeyd olunur. Bayram, gecə saat 12:00-da qeyd olunmağa başlayır, səhər saatlarına kimi davam edir".

Bayram günü mömin pravoslavlar hazırladıqları şirniyyatı kilsəyə gətirir və onu ruhanilərin duası və müqəddəs su ilə paklaşdırırlar. A.A.Bezatosnı bildirib ki, bugünlərdə insanlar xeyirxah işlər görür, dualar edir, xəstələrə, həbsxanalardakı insanlara baş
çəkirlər.

"Dünən gecə burada çoxlu inanclı adam iştirak edirdi. Onların arasında xristianlarla yanaşı, müsəlmanlar da var idi. Onlar da Pasxanı qeyd etməyə gəlmişdilər. Necə ki, burada yaşayan xristianlar Novruzu qeyd edirlər. Bu, bir daha onu göstərir ki, bizim respublikamız tolerantdır."

Xristianlar üçün Pasxa bayramının digər bir xüsusi əhəmiyyəti də var. Belə ki, İsa Məsihin çarmıxdan azad olunması gününü provaslav və ya katolik olmasından asılı olmayaraq, bütün xristianlar eyni gündə qeyd edirlər. Bu isə mömin xristianların gözündə Pasxanın müqəddəsliyini daha da artırır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.