Azyaşlı Məryəmi kim qətlə yetirib? – Məhkəmədə ziddiyyətli ifadələr
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakının Xəzər rayonunda 4 yaşlı qızı öldürməkdə təqsirləndirilən Mehman Mansurovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Milli.Az teleqraf.com-a istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baş tutan prosesdə Mehman Mansurovun qeyri-rəsmi yaşadığı qadının oğlu Vüsal ifadə verib.
O bildirib ki, anasından 6 aydır xəbər yoxdur və onunla əlaqə saxlaya bilmirlər. Şahidin sözlərinə görə, azyaşlının anası tərəfindən qətlə yetirilməsi ilə bağlı deyilənlər yalandır. O, qətli Mehman Mansurovun törətdiyini bildirib.
Bundan əvvəki prosesdə ifadə verən Mehman Mansurov deyib ki, uşağı özü yox, qeyri-rəsmi həyat yoldaşı öldürüb. O, bildirib ki, hadisə günü - yanvarın 23-də işdən evə qayıdanda birlikdə yaşadığı Xəyalə adlı qadının artıq Məryəmi öldürdüyünü görüb: "Mən ancaq onunla birlikdə meyiti büküb, aparıb quyuya atmaqda iştirak eləmişəm. Uşağın öldürülməsindən mənim xəbərim olmayıb".
Təqsirləndirilən şəxs deyib ki, Xəyalə Məryəmin onlara gətirilməsinə etiraz edib, uşağa baxmaq istəməyib. O isə qadının narazılığını uşağın atasına deyə bilməyib: "Hirslənəndə onu vururdu. Hadisə günü də əsəbiləşib döyüb, uşaq ölüb. Mənə dedi ki, meyiti gizlətməyə kömək elə. Mən də elədim".
Uşağı öldürməkdə suçlanan Mehman Mansurov əvvəlki ifadələrində demişdi ki, hadisəni yanvarın 22-dən 23-nə keçən gecə törədib: "Ağlayırdı, yatmağa imkan vermirdi. Onu sakitləşdirə bilmirdik. Buna görə döydüm".
İttihama görə, bu il yanvarın 31-də 2018-ci il təvəllüdlü Məryəm Hüseynlinin meyitinin Xəzər rayonu ərazisində aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Məlum olub ki, 1990-cı il təvəllüdlü Mehman Mansurov qonşuluqda yaşayan, 2018-ci il təvəllüdlü Məryəm Hüseynlini müxtəlif vaxtlarda döyüb.
Uşağın öldüyünü görən Mehman Mansurov onu quyuya ataraq üzərinə torpaq töküb.
İstintaq orqanı tərəfindən Mehman Mansurovun barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 133.2.4-cü (Əzab vermə) maddələri ittiham elan edilib.
Qeyd edək ki, bu iş üzrə Məryəm Hüseynlinin atası Taleh Allahyarov da həbs olunub. Onun cinayəti ayrıca icraata ayrılıb.
Qeyd edək ki, Taleh Allahyarov hadisədən əvvəl ATV-nin "Bizimləsən" proqramında iştirak edib. Veriliş zamanı Taleh Allahyarovun həyat yoldaşına göndərdiyi videogörüntülər yayımlanıb.
Görüntülərdə Taleh Allahyarovun 4 yaşlı Məryəmin boğazına məftil keçirərək arvadına evə qayıtmayacağı təqdirdə uşağı öldürəcəyi ilə bağlı hədələr görüntülənib.
Bu görüntülərdən sonra Xəzər rayon Polis İdarəsinun əməkdaşları studiyaya gələrək Taleh Allahyarovu saxlayıblar.
Onu da qeyd edək ki, Taleh Allahyarovun arvadı ondan boşanmaq üçün azyaşlı uşağını da ataraq evdən gedib. Taleh arvadı ilə barışmaq üçün azyaşlı uşaqla şantaj edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)
XƏBƏR LENTİ
-
Çox öskürənlər bunu oxusun
-
Dünyanın ən qısa uçuşudur - Cəmi 53 saniyə - (Foto)
-
Gecə aclığının qarşısını alan sadə vərdiş
-
Gündə 5 litr kola içir, 19 saat işləyir - (Video)
-
Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox
-
“Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə qonaq da gedirəm” - Elza Seyidcahan
-
Günün qoroskopu: Balans və harmoniya axtarışınız bu gün ön plandadır
-
“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
Meksikada Zəfər Günü təntənəli şəkildə qeyd olunub - (Foto/Video)
-
Türkiyə Super Liqası: “Qalatasaray” “Amed”i məğlub edib
-
Məleykə Əsədov bacısı qızının ölümündən danışdı - ”Övladları bilmir”
-
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
-
12 yaşlı uşaq qızıl külçəsi tapdı
-
Meqan Marklın atası həbs edildi - (Foto)
-
Sabunçu su altında qaldı - (Video)
-
Niyaməddin Musayevdən maraqlı etiraf
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
“Qızımın əcnəbi ilə ailə quracağını eşidəndə şoka düşdüm“ - Bəsti Sevdiyeva
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi





