Cəmiyyət

Metroda gərgin anlar - Sərnişinlər qatardan düşürüldü

17 Noyabr 2022 21:46
Baxış: 1 219
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün saat 18:40 radələrində "İçərişəhər"-"Həzi Aslanov" xəttilə hərəkətdə olan qatarda problem yaşanıb.

Milli.Az modern.az-a istinadən xəbər verir ki, "Ulduz" stansiyasında olarkən, maşinist dəfələrlə qatarı hərəkətə gətirmək istəsə də, cəhdləri baş tutmayıb.

Maşinist bundan sonra sərnişinlərə müraciət edərək, qatarı tərk etmələrini xahiş edib.

"Bakı Metropoliteni"QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Modern.az-a faktı təsdiqləyib.

O bildirib ki "İçərişəhər"-"Həzi Aslanov" marşrutu üzrə hərəkət edən qatarda "Ulduz" stansiyasında texniki nasazlıq səbəbilə sərnişinlər düşürülüb:

"Nəticədə, iki qatar arasında təxminən 3 dəqiqəyə yaxın interval fərqi yaranıb. Əvəzinə qatar verilib. Qısa müddət ərzində iki qatar arasında interval fərqi aradan qaldırılacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.