Cəmiyyət

Bərdədə məktəb binası qəzalı vəziyyətdədir - VİDEO

31 Oktyabr 2022 19:18
Baxış: 822
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bərdədə 309-a yaxın şagird, 48 müəllim məktəbdəki şəraitsizlikdən əziyyət çəkir. Rayonun gərənə kəndindəki 30-dən çox yaşı olan məktəbinin binasındakı iri çatlar, sinif otaqlarında tədrisi həyata keçirməyə imkan vermir.  Sinif otaqları qəzalı vəziyyətdə olduğundan valideynlər övladlarını məktəbə göndərmək istəmir. Bəs problem nə vaxt həllini tapacaq, əməkdaşlarımız araşdırıb.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, müasir bina, fənn kabinetləri, laboratoriyalar, daha nələr, nələr. Bu, Bərdənin Gərənə  kənd məktəbində oxuyan və dərs deyənlərin arzusudur desək, heç də yanılmarıq. Yenilənən məktəbləri görüb köks ötürənlər qəzalı binada və şəraitsiz otaqlarda təhsil alan gərənə kənd məktəblilərdirlər.

Pəncərə yerinə dəmir listlər vurulub. Döşəmələr çöküb,divarlar çatlaq vəziyyətdə.

Mindən çox əhalisi olan Gərənə kəndindəki tam orta məktəbinin 309-a yaxın şagirdi var. 48 müəllim də tikilinin şəraitsiz otaqlarında dərs deməyin çətinliyini yaşayır.

Artıq bir neçə  aydır ölkə ərazisində yeni dərs ili başlayıb. Ancaq bu sözləri Gərənə  kəndinə şamil etmək olmaz. Səbəb isə göz önündədir. Sinif otaqları qəzalı vəziyyətdə odluğundan valideynlər övladlarını məktəbə göndərmək istəmir.

30-dən çox yaşı olan kənd məktəbinin binasındakı iri çatlar, sinif otaqlarında tədrisi həyata keçirməyə imkan vermir. Məktəbin tavanı çöküb,döşəməsi yamaq-yamaqdır. Sakinlərin sözlərinə görə, mövcud vəziyyətlə əlaqədər olaraq valideynlər ətraf ərazilərdə yeni məktəb axtarışındadırlar. Bəziləri rayon mərkəzində övladlarının təhsilinə üstünlük verirlər. Bu isə vaxt itkisi və əlavə xərc hesabına başa gəlir.

Məsələyə bağlı Qarabağ regional təhsil idarəsinin Bərdə sektorundan bildirilib ki, Gərənə kənd orta məktəbinin qəzalı vəziyyətdə olmasından xəbərləri var. Bununla bağlı adiyyatı dövlət orqanlarına məlumat verilib. Növbət il üçün təhsil ocağının bərpası nəzərdə tutulub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.