Cəmiyyət

Bu prospektdə də avtobus zolağı salınır - VİDEO

25 Oktyabr 2022 16:00
Baxış: 1 079
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ziya Bünyadov prospektində avtobus zolağı salınır. Gün ərzində ən çox tıxacın yaşandığı bu yolda avtobus zolağının çəkilməsi birmənalı qarşılanmayıb. Belə bir sual ortaya çıxır: tıxaclı yolda avtobus zolağının salınmasının müsbət nəticəsi olacaqmı? Elə növbəti süjetimiz də bu sual ətrafındadır.

Ziya Bünyadov prospektində - "Koroğlu" metrostansiyasının yaxınlığından üzü "20 yanvar"a doğru avtobus zolağı salınır. Xətlənmə işləri artıq yekunlaşıb, nişanlanma işlərinin də yaxın vaxtlarda başa çatdırılması nəzərdə tutulub. Ondan sonra günün istənilən saatında həmin zolağa daxil olan kənar sürücülər 40 manat məbləğində cərimələnəcəklər.

Sürücülər isə bu zolağın tıxacı daha da artıracağı qənaətindədirlər.

Sürücülər deyirlər ki, əgər günün bəzi saatlarında bu avtobus zolağına minik avtomobillərinin də daxil olmasına icazə verilsə, müsbət nəticə əldə etmək olar.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, vəziyyətin sərnişinlərin xeyrinə dəyişəcəyini düşünənlər də var...

Yol hərəkəti üzrə ekspert Elməddin Muradlı deyir ki, bu məsələdə əsas məsələ zolaqda hərəkət edən avtobusların sayının artırılmasıdır. 

Ekspertin fikrincə, günün pik saatlarında həmin zolaqda digər nəqliyyat vasitələrinin də hərəkəti təmin olunmalıdır. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.