Cəmiyyət

Tanınmış jurnalist direktor təyin edildi

19 Oktyabr 2022 16:02
Baxış: 734
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2008-ci ildən fəaliyyət göstərən Qusar Olimpiya İdman Kompleksinə yeni direktor təyin olunub.

Milli.Az xəbər verir ki, bu vəzifə tanınmış idman jurnalisti Elşən Məmmədova həvalə edilib. O, yeni iş yerində Məcid Məcidovu əvəzləyib.

E.Məmmədov "Report"a açıqlamasında məlumatı təsdiqləyərək, etimadı doğrultmaq üçün can-başla çalışacağını söyləyib.

Qeyd edək ki, Elşən Məmmədov 23 ilədək idman mətbuatında - "Şərq" və "Futbol+" qəzetləri, APA Sport, Lent.az və "Report" İnformasiya agentliklərində müxbir və idman şöbəsinin redaktoru kimi çalışıb, "Tərəqqi" medalı ilə təltif olunub.

E.Məmmədov eyni zamanda İdman Araşdırmalar Mərkəzinin rəhbəri kimi ardıcıl 9 il "İlin Qalibləri" layihəsini, eləcə də son iki ildə minifutbol və voleybol üzrə Zəfər Kuboku turnirlərini təşkil edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.