Cəmiyyət

Taksilərdə taksometrlər quraşdırılarsa nə dəyişəcək?

13 Oktyabr 2022 17:40
Baxış: 969
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Taksilərdə sürücü ilə sərnişin arasında narazılıq yaradan əsas səbəb qiymət məsələsidir. Bu problemi də aradan qaldırmaq üçün taksometrlə həll etmək olar deyənlər var. Yaxın zamanlarda taksilərə taksometr quraşdırılması planlaşdırılır.

Bəzi sürücülər bildirirlər ki, belə olduqda heç kim qiymətdə aldanmayacaq. Bəzi sürücülər isə qeyd edirlər ki, bu sərfəli deyil. Sərnişinlər isə bildiriblər ki, hazırki taksi qiymətləri onları qane edir. Taksometr qoyularsa, qiymətlər artacaq.

Məsələ ilə bağlı Trend-in suallarını cavablayan nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev qeyd edib ki, belə bir qaydanın illər öncə tətbiq olunması nəzərdə tutulsa da, tam icra olunmadı.

"Bu gün taksi bazarında pərakəndəlik var. Pandemiya dövründə ölkəmizdə taksi xidmətləri göstərənlər daha çoxaldı. Paytaxtda təxminən 60 min taksi fəaliyyət göstərir. Ümumiyyətlə taksometrlərin qoyulması taksi qiymətlərinə təsir edəcək. Bu qismən narazılıq da yaradacaq. Ancaq, taksilərə taksometrlərin qoyulması vacibdir. Bazar özünü tənzimləməlidir. Belə ki, taksi fəaliyyəti ilə məşğul olan şirkətlər var, bir də işi taksi sürücüsü olmayıb bu işlə məşğul olanlar var. Amma, taksometr qoyulsa, dəqiq tələblər qoyulacaq və taksi fəaliyyəti nizama düşəcək", - deyə o əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.