Fransada polislər yazıçının evinə basqın etdi - Kitabında hakimiyyəti ifşa etmişdi - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Fransada baş verən hadisə ölkə ictimaiyyətində və mediada ciddi rezonans doğurub.
Milli.Az fransız mediasına istinadla xəbər verir ki, müstəqil yazıçı və jurnalist Pyer Jovanoviçin şəxsi evinə və ona məxsus "Le Jardin des Livres" nəşriyyatına xüsusi təyinatlı qüvvələr tərəfindən gecə saatlarında basqın edilib. Rəsmi səbəb kimi "həyatının qorunması" göstərilsə də, müşahidəçilər və Jovanoviçin özü bu addımı "susdurma əməliyyatı" adlandırır.
Yazıçının bildirdiyinə görə, əməliyyatda GIPN, BAC (cinayətkarlıqla mübarizə briqadası), polis komissarları, yanğınsöndürənlər və prefektura əməkdaşları iştirak edib. Gecə saatlarında həyata keçirilən bu genişmiqyaslı əməliyyat həm onun evinə, həm də nəşriyyat ofisinə yönəlib.
Yazıçının fikrincə, basqına səbəb onun son yazdığı kitabı olub.
"2008" adlı kitabı niyə qorxu yaradır?
Jovanoviçin yeni kitabı 2008-ci il maliyyə böhranı və onun günümüzə qədər olan nəticələrinə toxunur. Kitabdakı ifşaedici məqamlar bəzi dairələri narahat edib. Bu səbəbdən də onun sözünü kəsmək üçün belə bir addım atılıb.
Yazıçı isə geri çəkilmək niyyətində deyil: "Onlar qapıları sındıra bilərlər, amma qələmi susdura bilməzlər," - deyə Jovanoviç bildirib.
Onun sözlərinə görə, kitab planlaşdırıldığı kimi satışa çıxacaq.
Hadisədən sonra yazıçıya alternativ medianın nümayəndələri, vətəndaş cəmiyyəti fəalları və bir çox tanınmış şəxsiyyətlər dəstək ifadə edib.
Jovanoviçin "2008" adlı yeni kitabının bu qalmaqaldan sonra daha geniş auditoriya tərəfindən maraqla qarşılanacağı gözlənilir. Kitab artıq öncədən sifariş üçün açıqdır.
Fidan
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
84 yaşlı məşhur hind aktyor yıxıldı - (Video)
-
Bu yollarda sürət həddi artırıldı
-
Nazir müəllimləri təbrik etdi
-
Jorje Jezuş Ronaldu barədə: "Bunu asanlıqla həll etmək olar"
-
Pünhan Piriyev: "Alim Qasımov toyumda oxumaq üçün 15 min manat istədi" - (Video)
-
Gürcüstanda 35 yaşlı azərbaycanlı qətlə yetirildi
-
Dünya bazarında neft ucuzlaşdı
-
İlk insanlar belə olub - (Foto)
-
Tarixi Alman Lüteran kilsəsində III Beynəlxalq Opera Festivalı keçirilib - (Foto)
-
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
-
Bakının bu ərazisində işıq kəsiləcək
-
Kamaləddin Qafarov: Bu Zəfər milli iradənin təntənəsi idi
-
Millətlər Liqası: Ronaldusuz Portuqaliya 1/4 finalda!
-
Süni intellektlə beyin xərçənginə qarşı yeni molekul hazırlandı
-
Soyuq hava mövsümü başladı: Viruslardan necə qorunmalı?
-
Zəfər xronikası. 5 oktyabr 2020-ci il: Prezident İlham Əliyev Türkiyənin “TRT Haber” televiziya kanalına müsahibə verib - (Video/Foto)
-
Qəlbləri ən asan fəth edən 5 bürc
-
Mıhlama nə ilə yeyilir?
-
“Bitcoin” 190 min dolları keçə bilər
-
Antibiotik qəbul edərkən şəkər istehlak etmək bağırsaq bakteriyalarına zərər verə bilər
-
Çuğundurlu kələm turşusu resepti
-
İkardidən "Qalatasaray"la bağlı sürpriz qərar
-
"Flydubai" pilotu hər şeyi etiraf etdi
-
Biləsuvarda 26 yaşlı kişi qətlə yetirildi - qohumu saxlanıldı - təfərrüat





