Cəmiyyət

Qızıl alarkən qəbz tələb etmək lazımdır - VİDEO

8 Oktyabr 2022 12:55
Baxış: 884
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qızıl məmulatları alınarkən bir çox hallarda satıcılar tərəfindən kassa qəbzi verilmir.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, bu isə qanun pozuntusu və vergidən yayınma deməkdir.

Müşahidələrimiz onu deməyə əsas verir ki, qızıl bazarından dəyərindən asılı olmayaraq alış-veriş edən bəzi vətəndaşlar üçün qəbz əhəmiyyətli deyil. Kimisi aldığı malın dəyərindən asılı olaraq çek tələb edir, kimisi yox.

Satıcılar isə bəzən alıcıların bu məsələyə o qədər də əhəmiyyət vermədiyini deyirlər.

Məsələyə münasibət bildirən Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət baş idarəsinin şöbə rəisi Məmməd Quliyev deyib ki, alıcılar əksər hallarda məlumatsızlıqdan bu vəziyyətə yol verirlər. Bu səbəbdən bəzi ölkələrdə çek tələb etməyən vətəndaşlara da cərimələr tətbiq olunur.

Beləliklə, alıcılar da, satıcılar da diqqətli olmalıdır. Eyni zamanda, qəbz tələb etmək həm vərdiş, həm həm də alış - veriş mədəniyyətidir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.