Cəmiyyət

49 yaşlı müəllim güzəştli şərtlərlə mənzil sahibi oldu - VİDEO

8 Oktyabr 2022 18:31
Baxış: 1 078
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Güzəştli şərtlərlə Bakıdan mənzil almaq istəyən müəllimin arzusu reallaşıb.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, 25 ildir ki, Astara rayonu, Lovayin kənd tam orta məktəbində hərbi- hazırlıq müəllimi işləyən Möhübbət İbrahimov Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsində seçimlərə qatılıb.

Sentyabrın 24-də "Güzəştli mənzil" sistemi vasitəsilə satış prosesində iştirak edən 49 yaşlı müəllimin seçimi uğurlu alınıb.

Möhübbət İbrahimov seçim zamanı üçotaqlı mənzil üçün müraciət edib. O, prosesin tam ədalətli şəkildə keçirildiyini deyir.

Qeyd edək ki, sentyabrın 24-də Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən güzəştli mənzillərin növbəti satışı həyata keçirilib. Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 18 binada 815 güzəştli mənzil satışa çıxarılıb. Güzəştli mənzilə sahib olmaq istəyən 10 mindən artıq vətəndaş seçimdə iştirak edib. Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən kiberhücumların qarşısını almaq üçün sistemdə təhlükəsizlik tədbirləri də gücləndirilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.