Cəmiyyət

Astarada təmirə həsrət qalan yol - Bərbad yol hamını təngə gətirib - VİDEO

3 Oktyabr 2022 17:44
Baxış: 671
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Astara rayonunun Ərçivan qəsəbəsinin "bağ" məhəlləsinin yolu bərbad vəziyyətdədir. Sürücülər məcbur qalıb alternativ yoldan istifadə edirlər ki, bu da yol itkisi və əlavə xərc deməkdir. Sakinlər deyirlər ki, yağışlı günlərdə daha çox əziyyət çəkirlər. Bəs problem tam olaraq nə zaman həll ediləcək.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, çala-çuxurlu yollar təmir olunmaq əvəzinə daş qalıqları ilə örtülüb. Bu yolla hərəkət etmək sakinlərə çətinlik yaradır. Görüntülər Astara rayonunun Ərçivan qəsəbəsindəndir. 

''Bağ" məhəlləsində 150 ailə yaşayır. Məhəllənin yolu yararsız vəziyyətdədir.

Sakinlər yağışlı günlərdə vəziyyətin acınacaqlı olduğunu deyirlər. 

Məsələ ilə bağlı ərazi üzrə bələdiyyə sədri Mehman Quliyev bildirib ki, ötən il sözügedən ərazidə yolun 500 metrlik hissəsinə asfalt çəkilib. Məktəbə aparan yollara isə gələn il asfalt döşənəcək. Mehman Quliyev əlavə edib ki, vətəndaşların daha çox narazılıq etdikləri yoldan təsərrüfat işləri məqsədilə istifadə edilir. 

Görünən odur ki, problemin tam həll ediləməsi üçün sakinlər hələ bir  müddət gözləməli olacaqlar. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.