Avtomobil alan zaman ustaya aparıb yoxlatmaq dövrü keçmişdə qaldı: Yeniliklər olacaq - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Artıq, avtomobil alan zaman ustaya aparıb yoxlatmaq dövrü keçmişdə qalır. Belə ki, Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sistemi, Elektron Hökümət Sisteminə inteqrasiya olunacaq. Bu isə o deməkdir ki, qəza sonrası prosedurların dəqiq şəkildə sistemə işlənməsi, həmin avtomobilin alqı satqısı zamanı alıcının köməyinə çatacaq. Avtomobili alan şəxs onun texniki vəziyyəti ilə onlayn tanış ola biləcək.
Prezident İlham Əliyevin fərmanı ilə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sistemi, Elektron Hökumət Sisteminə inteqrasiya olunacaq. Bu fərman proseslərin elektronlaşdırılması, informasiyaların daxil edilməsi, qəza sonrası prosedurların sürətlə və dəqiq icra olunmasına kömək edəcək.
Nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov deyir ki, bu sistemə daxil edilən məlumatlar bir sıra dövlət qurumları üçün də əlçatan olacaq. Elektron baza hazır olduqdan sonra, ikinci əl avtomobillərin onlayn alqı-satıqısı asanlaşacaq.
Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, ekspert bildirib ki, bu proses avtomobil alqı-satqıısında fırıldaqçılığın da qarşısını alacaq. Bundan başqa avtomobili internet üzərindən bəyənən şəxs, onun texniki vəziyyəti ilə onlayn tanış olduqdan sonra, özü getmədən olduğu yerə sifariş verəcək.
Ekspertin sözlərinə görə, elektron bazanın yaradılması gələcəkdə yararsız avtomobillərin ölkəmizdə utilizasiya proqramına və ikinci əl avtomobillərin alqı-satqısına dəstək olacaq. Avtomobillər haqqında məlumat isə dövlət yol polisi ilə yanaşı bir sıra rəsmi qurumlar tərəfindən sistemə daxil ediləcək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Turşunun xırt-xırt olması üçün bankaya 3 ədəd atmaq kifayətdir
-
Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma
-
"Kadir" "Eşref"i tək qoymayacaq
-
Problemli kreditlərin həcmi artır - Səbəb nədir? - (Video)
-
İsmail Kartal: "Bakıda qələbə qazanmaq və ya məğlub olmaq önəmli deyildi"
-
“Fənərbaxça”dan Azərbaycanla bağlı paylaşım
-
Zelenski: Putin ABŞ-yə yeni şərtlər qəbul etdirməyə çalışır
-
Bəxtiyar Əsgərov işdən çıxarıldı, yoxlamalar başladı
-
Cəbrayılın işğaldan azad edilməsindən 6 il ötür
-
Günün qoroskopu: Özünüzü müdafiə etmək üçün cəsarətli olun
-
Bakıda kanatla sərnişindaşıma olacaq - (Video)
-
Paltaryuyan maşına 1 ovuc düyü qoyun və fərqi görün
-
Danla Bilic yenidən əməliyyat olundu - (Foto)
-
Tovuzda qadın evdə yanaraq ölüb, oğlu saxlanılıb - (Video)
-
Filosof İoanna Kuçuradi vəfat edib
-
Fatih Terimin ayaqqabısı dəfndə parçalandı - (Video)
-
Bruno Fernandeş Ronaldu barədə sükutu pozdu
-
Zelenski: Rusiyanın neft emalı zavodlarına zərbələri ikiqat artıracağıq
-
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
-
“Fənərbaxça” “Turan Tovuz”u məğlub etdi - Yenilənib - (Video)
-
Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı
-
"Turan Tovuz" - "Fənərbaxça" oyununda dava düşdü, matç yarımçıq qaldı - (Video)
-
Bakıda aşan avtobusda xəsarət alanların vəziyyəti açıqlandı - Yenilənib - (Video)
-
Gəncədə yanıq xəsarətləri alan bacı-qardaşın vəziyyəti məlum olub - Yenilənib





