Gömrük məmurları milyonları belə "yeyib" - Yeni həbslər...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dövlət Gömrük Komitəsində baş verən qanunsuzluqlarla bağlı başlanılan cinayət işi çərçivəsində müxtəlif qurumlar tərəfindən aparılan yoxlamalar zamanı yeni-yeni ciddi faktlar üzə çıxır.
Milli.Az bakupost.az-a istinadən xəbər verir ki, bu günlərdə Gömrük Komitəsində yüksək çinli məmurların pirotexniki vasitələrin ölkəyə gətirilməsi üçün istifadə etdikləri üsulların üstü açılıb.
Məlum olub ki, Yeni il şənliyi və Novruz bayramından bir həftə öncə "Qırmızı körpü" keçid məntəqəsində ölkəyə daxil olan malların yoxlanılmasında istifadə edilən əsas Rentgen qurğusu (Skan aparatı) bir həftəlik söndürülürmüş. Rəsmi sənədlərdə bu əməliyyat "texniki nasazlıq" kimi qələmə verilir və beləliklə, ölkəyə onmilyonlarla dollar dəyərində tonlarla qadağan olunmuş pirotexniki vasitələr keçirilirmiş. Araşdırmalar zamanı o da bəlli olub ki, bu əməliyyatlar zamanı ölkəyə qeyri-qanunu olaraq mobil telefonlar, qızıl-zinət əşyaları, dərman preparatları da keçirilirmiş.
Beləliklə, gömrük postunda ildə bir neçə dəfə "pirotexnika əməliyyatı"nın həyata keçirildiyini və bir həftə boyunca ölkəyə idxal olunan məhsulların yoxlanılmadığını göz önünə gətirsək, əminliklə demək olar ki, söhbət on, hətta bəlkə də yüz milyon dollarla ölçüləcək qanunsuz dövriyyədən gedir. Təbii ki, bütün bu qanunsuz gəlirlər Gömrük Komitəsinin yüksək çinli məmurları arasında bölüşdürülürmüş.
Bütün bu əməliyyatlara hazırda həbsdə olan Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi Məsum Rəsulovun rəhbərlik etdiyi bildirilir. "Pirotexnika əməliyyatı"nın üstü açıldıqdan sonra Gömrük Komitəsi Əməliyyat İdarəsinin rəisi Rafiq Fətullayevin istintaqa cəlb olunacağı gözlənilir.
Qeyd edək ki, hər il Yeni il və Novruz bayramı zamanı pirotexniki vasitələrin qanunsuz satışı ilə bağlı əməliyyatlar keçilir, xeyli adam həbs olunur, lakin bir sual həmişə açıq qalırdı: Ölkəyə gətirilməsi qadağan olunan bu mallar gömrükdən necə keçirilir?
Bununla bağlı Gömrük Komitəsinə yönələn suallara isə belə cavab verilirdi: "Qaçaqmalçılıq yolu ilə".
İndi isə məlum olur ki, bu malların ölkəyə gətirilməsinə gömrük rəhbərliyi şəxsən nəzarət edibmiş. Daha doğrusu, Gömrük Komitəsinin keçmiş sədri Səfər Mehdiyevin ən yaxın adamı - müavini Məsum Rəsulov.
Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsindən hər hansı münasibət öyrənmək mümkün olmayıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
27 Sentyabr: Sükutun Bitişi, Zəfərin Vədi
-
Maşın təmiri sexində divara vurulan elanlar gülüş doğurdu - (Video)
-
Azərbaycanda pensiya yaşı ilə bağlı yeni qayda
-
Əsgərin atasına qovuşma anı kövrəltdi - (Video)
-
Nişan boxçasında "cadu"nu görün hara qoyublar... - (Video)
-
Bakı artıq avtoidman həvəskarlarının səbirsizliklə gözlədiyi mühüm bir mərkəzə çevrilib - Anar Ələkbərov
XƏBƏR LENTİ
-
Dünyanın ən çox silah ticarəti edən ölkələri açıqlandı
-
Yeni Yasamalda yaşıllığı məhv edib hotel tikirlər? - (Video)
-
21-ci əsrin ən çox izlənilən serialları
-
Gəncədə yol qəzası - xəsarət alanlar var - (Foto)
-
Aleksandar Vuçiç istefa verib
-
Bakıətrafı ərazilərdə daşınmaz əmlakın qiyməti arta bilər - (Video)
-
Lamiyyə Ələkbərova bu verilişlə qayıdır
-
27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub - (Foto)
-
Kirayə pulu ödəməmək üçün maşınında yaşayır: Aylıq xərci nə qədərdir? - (Foto/Video)
-
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər - (Foto)
-
“Bakı, göstərdiyin sevgiyə görə təşəkkürlər” - (Video)
-
Kaşif Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Röya Ayxandan Anım günü ilə bağlı paylaşım - (Video)
-
“Müharibəyə hazırıq, Qiyamət gününədək davam etsə belə...” - Əraqçi
-
Ayxan Abbasov: "Litvaya qarşı yüksək səviyyədə mübarizə apardıq"
-
Ardanın Mbappeyə jesti - (Foto)
-
Niyə daha tez-tez tünd şokolad yeməlisiniz: Beş vacib fayda
-
UEFA Millətlər Liqası: Azərbaycan millisi səfərdə Litva ilə heç-heçə edib - Yenilənib
-
UFC-də ilk döyüşünə çıxan azərbaycanlı idmançı diskvalifikasiya olundu - (Video)
-
Tanınmış fotoqraf və qızı Bakı-Sumqayıt yolunda ağır qəzaya düşüblər
-
Dünyada deputatların ən çox maaş aldığı 10 ölkə
-
İrandan xəbərdarlıq: "Bütün region irimiqyaslı münaqişəyə qərq olacaq"
-
Şəhid tələbəsini bu sözlərlə yad etdi - (Fotolar)
-
“Akasya Durağı”nın aktrisası illər sonra üzə çıxdı - (Fotolar)





