Cəmiyyət

Tovuzda qonaqlıda güllələnən şəxs Bakıda ölüb

22 Sentyabr 2022 09:00
Baxış: 1 113
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bud nahiyəsindən güllə yarası alan şəxs xəstəxanada dünyasını dəyişib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, sağ bud nahiyyəsinin 3/1-nin güllə yarası diaqnozu ilə Bakıda Kliniki Tibbi Mərkəzə yerləşdirilən şəxs xəstəxanada həkimlərin səyinə baxmayaraq ölüb.

Ötən gecə Kliniki Tibbi Mərkəzə qəbul edilən Humanlar kənd sakini, 53 yaşlı Ələsgər Ələsgərov aldığı güllə xəsarətindən ölüb. O, əməliyyat olunmadan əvvəl dünyasını dəyişib.

Qeyd edək ki, sentyabr ayının 19-u axşam saatlarında Ə.Ələsgərov tanışı Əli Salmanov ilə birlikdə həmkəndlisi Ədalət Verdiyevin evinə qonaq gəlib. Sonuncular mübahisə edən zaman ev sahibi özünə məxsus, müvafiq sənədləri olan ov tüfəngi ilə Ə.Salmanova atəş açarkən Ə.Ələsgərov yaralanıb.

Keçirilən təxrəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs maddi sübutla birlikdə saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.