Cəmiyyət

Əli Abbasovun oğlu gömrükdəki vəzifəsindən azad edildi

17 Sentyabr 2022 18:26
Baxış: 2 357
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sabiq rabitə və yüksək texnologiyalar naziri (İndiki Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi) Əli Abbasovun oğlu Eldar Abbasov Dövlət Gömrük Komitəsindəki (DGK) vəzifəsindən kənarlaşdırılıb.

Milli.Az qaynarinfoya istinadən xəbər verir ki, Komitənin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəis müavini Eldar Abbasov müvafiq əmrlə vəzifəsindən azad edilib.

Məlumata görə, Eldar Abbasov son bir neçə ayda gömrükdə keçirilən əməliyyatlar zamanı saxlanılan vəzifəli şəxslərin cinayət işi ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən dindirilib.

Qeyd edək ki, ötən ay Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi, general-mayor Təmkin Xəlilov Dövlət Gömrük Komitəsinin sədr əvəzi, sədrin birinci müavini Şahin Bağırovun müvafiq əmri ilə vəzifəsindən azad edilərək, təqaüdə göndərilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.