Cəmiyyət

Gəncədə tələbə zahiri görünüşünə görə özünü öldürdü

15 Sentyabr 2022 10:03
Baxış: 2 884
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gəncədə 19 yaşlı tələbə intihar edib.

Milli.Az "Qafqazinfo"ya istinadən bildirir ki, Azərbaycan Tibb Universitetinin 3-cü kurs tələbəsi, 2003-cü il təvəllüdlü Həsən Əhmədov (şərti) yaşadığı evdə özünü asaraq həyatına son qoyub.

İlkin ehtimala görə, o, zahiri görünüşünü bəyənmədiyi üçün bu addımı atıb. Belə ki, H.Əhmədov qulaqlarının böyük olduğunu düşünərək daha əvvəl əməliyyat olunaraq onları kiçiltdirib. Lakin nəticə onu qane etməyib. Bundan sonra tələbə ikinci dəfə əməliyyat olunmaq qərarına gəlib. Ancaq həkimlər əməliyyatın onun həyatı üçün riskli olacağını bildiriblər. Bundan sonra H.Əhmədov həyatına qəsd edib. 

Faktla bağlı araşdırma aparılır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.