Cəmiyyət

Bakıda taksi sürücüsü naməlum şəxslər tərəfindən döyüldü - VİDEO

13 Sentyabr 2022 18:20
Baxış: 1 029
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda naməlum şəxslər taksi sürücüsünü döyüblər.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki,hadisənin Qaradağ rayonu, Lökbatan dairəsində baş verdiyi bildirilir.

Görüntülərdə naməlum iki nəfər hərəkətdə olan "Azsamand" markalı taksi avtomobilinin qapısını açaraq içəri daxil olur. Sonra onlar sürücünü döyməyə başlayırlar.

Hadisə anı arxadan gələn nəqliyyat vasitəsinin videoqeydiyyat cihazına yazılıb.

Faktla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a hadisədən məlumatlı olduqları bildirilib.

Qeyd olunub ki, faktla bağlı araşdırma aparılır. Əlavə məlumat veriləcək.

Hadisə anının görüntülərini təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.