Cəmiyyət

Şəkidə yük maşını qəzaya düşdü

11 Sentyabr 2022 22:02
Baxış: 516
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Şəkidə yol qəzası baş verib, yaralılar var.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayonun Baş Zəyzid kəndində baş verib.

Belə ki, Ağcabədi rayon sakini Ziyad Əliyev idarə etdiyi "Qazel" markalı yük maşını ilə hərəkətdə olarkən idarəetməni itirib və nəticədə avtomobili aşırıb.

Hadisə zamanı sürücü Ziyad Əliyev xəsarət almasa da onun sərnişini 1998-ci il təvəllüdlü Ağcabədi rayon sakini Alıyev Pənah Əfqan oğlu aldığı bədən xəsarətlər ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.