Cəmiyyət

Tovuzda 59 yaşlı qadını avtomobil vurub

25 Avqust 2022 08:47
Baxış: 679
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tovuzda 59 yaşlı qadını avtomobil vurub.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə rayonun mərkəzi hissəsində qeydə alınıb. Belə ki, 1963-cü il təvəllüdlü Hüseynova Gülxanım İslam qızı yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanalardan birinə gətirilib. Müayinə zamanı ona kəllə-beyin travması və baş-beynin əziyi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.