Cəmiyyət

Lənkəranda hündürlükdən yıxılan şəxs vəfat edib

25 Avqust 2022 08:53
Baxış: 680
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Lənkəran bədbəxt hadisə baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə dəniz kənarında qeydə alınıb.

1985-ci il təvəllüdlü Lənkəran şəhər sakini Müşfiq Həmdulla oğlu Dadaşov dəniz kənarında gəzərkən hündürlükdən yıxılıb və başı sahilbərkitmədə istifadə olunan betona çırpılıb. Ətrafdakı insanların köməyi ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanadına çatdırılsa da, M.Dadaşovda həyat əlaməti müşahidə olunmayıb.

Meyid müayinə olunması üçün aidiyyati üzrə təhvil verilib. Faktla bağlı Lənkəran Rayon Prokurorluğu araşdırma aparır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.