Pakistanlı tələbə Bakıda oturub külli miqdarda pulu necə qazandı?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda xarici ölkə vətəndaşlarının bank kartlarından külli miqdarda pul oğurlamaqda təqsirli bilinən Pakistan vətəndaşı, Azərbaycan Rəssamlıq Akademiyasının tələbəsi Mustafa Ghulama hökm oxunub.
Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə 1996-cı il təvəllüdlü M.Ghulam Cinayət Məcəlləsinin 177.3.2-ci (Oğurluq-külli miqdarda ziyan vurmaqla) maddəsi ilə təqsirli bilinib.
Məhkəmə araşdırması zamanı bildirilib ki, pakistanlı tələbə əlbir olduğu və xaricdə yaşayan cinayətkar qrup üzvləri ilə birgə ABŞ, Kanada, Honq-Konq və Kolumbiya banklarının müştərilərinə aid bank kartı məlumatlarını qanunsuz əldə edib. Daha sonra Bakıda yaşayan Mustafa həmin bank kartı məlumatları əsasında onlayn satış həyata keçirən mağazalardan alış-verişə başlayıb. O, "saatstore.az", "alinino.az", "apple-azerbaıjan.az", "e-alver.az", "mgstore.az", "myshops.az" kimi mağazalardan ümumilikdə dəyəri 228 418 manat olan bahalı əşyalar, qol saatları, telefonlar və digər məhsullar alıb və kuryer xidməti vasitəsilə həmin malları əvvəlcədən tutduğu evə gətizdirib. Bir neçə ay əvvəl isə M. Ghulam həmin malları metronun "Neftçilər" stansiyası yaxınlığındakı mağazalara dəyərindən ucuz qiymətə satıb.
Daxil olmuş şikayətlər əsasında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Əməkdaşlarının həyata keçirdiyi əməliyyatla pakistanlı gənc saxlanılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 3 avqust 2022-ci il tarixli hökmü ilə ona 7 il 6 ay müddətinə həbs cəzası verilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Yağış yağacaq, külək əsəcək - Proqnoz verildi
-
Sulutəpəyə gedənlərin nəzərinə - Yol bağlandı
-
Azərbaycan məktəblərində "TikTok"a giriş məhdudlaşdırıldı
-
Jurnalistlərin adından saxta mesajlar göndərilir - Mətbuat Şurasından xəbərdarlıq
-
Bank VTB (Azərbaycan) 70 yaşadək təqaüdçülərə 100 000 manatadək nağd kredit təklif edir
-
Mariya Şarapova Bakıya gəlir
XƏBƏR LENTİ
-
Fransada qırıcı təyyarə qəzaya uğradı
-
Netanyahu hücuma hazırlaşdı, Tramp qarşı çıxdı
-
Dələduzluq edən şirkət rəhbəri saxlanıldı
-
Yağış yağacaq, külək əsəcək - Proqnoz verildi
-
Sulutəpəyə gedənlərin nəzərinə - Yol bağlandı
-
Trampın elçisi Rusiyaya getdi
-
Xalçayuma adı ilə vətəndaşları aldadan şəxs saxlanıldı
-
Azərbaycan məktəblərində "TikTok"a giriş məhdudlaşdırıldı
-
Türk aktrisa 11 il sonra ilk dəfə ana oldu - (Foto)
-
Bakıda 65 yaşlı kişi özündən 16 yaş kiçik sevgilisini döydü
-
Jurnalistlərin adından saxta mesajlar göndərilir - Mətbuat Şurasından xəbərdarlıq
-
Bank VTB (Azərbaycan) 70 yaşadək təqaüdçülərə 100 000 manatadək nağd kredit təklif edir
-
Mariya Şarapova Bakıya gəlir
-
Azərbaycanda yağ kəskin bahalaşdı
-
Bu avtomobillərin sürücüləri məsuliyyətə cəlb oluna bilər
-
Qar artıq bu ərazilərə yağıb - Faktiki hava
-
Bakıda yaşayış evində saxta alkoqollu içkilər hazırlanırmış
-
Sabah üç rayon və bir şəhərdə qaz olmayacaq
-
Xalq artistinin kürəkəni həbs edildi
-
Alt qonşunun evi yanır, qadın da ev işlərinin hayında - (Video)
-
Şəkidəki Alban məbədini ziyarət edənlərin sayı bəlli oldu
-
Zeytun festivalı start götürür - (Video)
-
Azərbaycan nefti bahalaşdı
-
"Sənətdə mənə ilk xeyir-duanı Röya Ayxan verib" - (Video)





