Çimərliyə ailəsi ilə gedənləri təhqir edən Təyyar Hüseynli Prokurorluğa çağırıldı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Müxtəlif dini etiqadlarların qanun qarşısında bərabərliyi, dostluq və əmin-amanlıq şəraitində ünsiyyət qurması Azərbaycan cəmiyyətinin multikulturalizm və tolerantlıq baxımından dünyaya göstərdiyi bir nümunədir.
Təəsüf ki, bəzi hallarda mediada və sosial şəbəkə səhifələrində milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyinin salınmasına, bu zəmində fərdlərin dünya görüşünə görə ləyaqətinin alçaldılmasına, bununla da Konstitusiyada təsbit edilmiş vicdan azadlığı, milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının qəsd etmə hallarına rast gəlinir.
Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən aparılan monitorinq nəticəsində müəyyən edilmişdir ki, Abşeron rayon sakini Təyyar Hüseynli internet informasiya ehtiyatında və informasiya-telekommunikasiya şəbəkəsində müsahibə zamanı fərqli dünya görüşünə və əqidəyə malik olan şəxslər barəsində kəskin və Azərbaycan cəmiyyətində mövcud dəyərlər baxımından təhqiramiz ifadədələr işlətmiş, bunun davamı olaraq baş vermiş müzakirələrdə Mübariz Sadıqlı, Nicat Dadaşov və İrşad Muradov və digər şəxslər tərəfindən təhqir və ya böhtan xarakteri daşıyan, habelə şəxsi həyatın toxunulmazlığını pozan məlumatlar yayılmışdır.
Bununla da "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi" haqqında Qanunun 13-2.2.3 və 13-2.3.9-cü maddələrinin tələbləri pozulmuşdur.
Qeyd olunanları nəzərə alaraq, adı çəkilən şəxslərlə aparılmış söhbət zamanı əməllərinin ictimai təhlükəli nəticəsini vaxtında dərk etmədiklərini, mövcud şəraitdə bu cür yazıların yanlış olduğunu dərk etdiyini, gələcəkdə bu cür pozuntulara yol verməyəcəklərini nəzərə alaraq onların barəsində "Prokurorluq haqqında" Qanunun 22-ci maddəsinə əsasən prokuror təsir tədbiri aktı olan xəbərdarlığın elan edilməsi ilə kifayətlənmişdir.
Bununla yanaşı, Baş Prokurorluq tərəfindən media nümayəndələri və sosial şəbəkə istifadəçilərinə müraciət edilərək gələcəkdə cəmiyyətdə təşvişə səbəb olan bu qəbildən məlumatların yayılmaması tələb edilir, əks halda müvafiq qanuni tədbirlərin görüləcəyi bildirilir.
Qeyd edək ki, sözügedən şəxs "Dənizə ailəsi ilə çimməyə gedən kişilərin necə qeyrəti çatır ki, arvadını busqalterlə digər kişilərə göstərir?" ifadəsini işlədib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Polis gücləndirilmiş iş rejimində xidmət aparır
-
Naxçıvandakı pensiyaçılara şad xəbər
-
PAŞA Real Estate - FORMULA 1 QATAR AIRWAYS AZERBAIJAN GRAND PRIX 2026-nın tərəfdaşı oldu - (Video)
-
Bakıda hər yağışdan sonra eyni mənzərə: Problemin səbəbi nədir?
-
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
-
6 milyon manatdan çox ƏDV qaytarılıb
XƏBƏR LENTİ
-
Daha az şəkərli mürəbbə hazırlamaq istəyənlərə tövsiyə
-
Heç vaxt yola getməyən bürc cütlükləri
-
“5 il ömrüm qalıb” - Brüs Kempbell
-
Məşq etmədən əzələ artırmaq mümkün olacaq - Yeni texnologiya
-
Ərik, şaftalı və gavalının qabığını yemək olarmı?
-
Bağçaya kül səpin: Möcüzə yaradır
-
Xərçəng xəstələrinin sayı 67% artacaq
-
UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk oyunları keçirilib
-
Zərdabda ağır qəzada 5 nəfər yanaraq ölüb - (Foto)
-
“WhatsApp” bu telefonlarda artıq işləməyəcək
-
"Miss Avstriya"nın qalibi 22 yaşında vəfat etdi - (Foto)
-
Şəkidə faciəvi şəkildə ölən Ucal bu agentliyin əməkdaşı imiş
-
Sabah bir neçə rayonda işıq olmayacaq
-
"Tasnim": ABŞ İranın neft tankerinə raket hücumu edib
-
Günün qoroskopu: Sağlamlığınıza xüsusi diqqət yetirin
-
2027-ci illə bağlı Vanqanın proqnozu
-
Qatarın vurduğu 24 yaşlı Rahillə bağlı təsirli fakt
-
Bakıda restorana məxsus transformator yanıb - Yenilənib - (Video)
-
Heyvandarlıqda yeni subsidiya modeli: Fermerlər üçün nə dəyişəcək?
-
Azərbaycanlı qadın aeroportda çətin anlar yaşatdı - (Video)
-
Azərbaycanda bu şəxslər ödənişsiz psixoloji yardım alacaqlar
-
Xətai qaranlığa qərq oldu
-
24 yaşlı məşhur fud-bloger öldü
-
Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib - (Foto)





