"Sevgilim ağlayanda nə edəcəyimi bilmirəm. Çox vaxt onu sakitləşdirmək istəyərkən əksinə olur. Sonda isə dava edirik. Mənim fikrimcə, qadınları sakitləşdirmək olduqca çətindir", - 22 yaşlı həmsöhbətim Nurfəs Əkbərov deyir.
Yəqin ki, bəylərimizin əksəriyyəti qadının göz yaşları qarşısında özünü olduqca aciz hiss edir. Lakin bir qadını ağlayarkən sakitləşdirib, onun qəlbini ələ almaq heç də çətin deyil. Sadəcə, bəzi nüansları bilmək kifayətdir.
Niyə kişilər biganə qalmırlar?
Qadının göz yaşları fərqli deyil: o da sudan, duzdan və zülaldan ibarətdir. Buna baxmayaraq, heç bir kişi qadının göz yaşlarına biganə qala bilmir. Bunun səbəblərini isə Milli.Az-a psixoloqlar Dəyanət Rzayev və Sevinc Allahyarova açıqladılar.
"Hər bir kişi qadın göz yaşları qarşısında özünü aciz hiss edir. Bəzən kişilər qadının ağladığını görüb qorxurlar. Bu isə onunla bağlıdır ki, onlar ağlayan bir qadını necə sakitləşdirməyin yolunu bilmirlər. Əslində, kişilər göründükləri qədər güclü deyillər. Hər bir kişinin içində uşaq var", - bu, psixoloq Sevinc Allahyarovanın fikridir.
Sual verməyin!
Psixoloq Dəyanət Rzayev deyir ki, qadın ağlayarkən ona çox sual verməyin. Çünki əks halda qadının göz yaşları daha da şiddətlənir. Və o artıq onun göz yaşlarının səbəbkarı kimi sizi görür. Sadəcə, sakit bir şəkildə ondan göz yaşlarının səbəbini soruşmağa cəhd edin. "Özünü ələ al" kimi sözləri, çalışın, ümumiyyətlə dilə gətirməyəsiniz. Çünki daha da çox əsəbləşə bilər. Və siz bərk dava edə bilərsiz. Sadəcə, onu sakitləşdirməyə çalışın. Bunun üçünsə qadını qucaqlayıb, ona yaxşı sözlər demək kifayətdir.
Bəzən bəylərimiz qadının ağladığını görüb onu sakitləşdirmək üçün zarafat etməyə başlayırlar. Əslində, bu, sakitləşdirmək məqsədilə edilsə də, hər qadın bunu düzgün başa düşməyə bilər. Və nəticədə onun qəzəbini daha da şiddətləndirə bilərsiz.
Seriallara baxıb ağlayan qadın...
Yəqin ki, çoxunuza seriala baxıb ağlayan qadın səhnəsi məlumdur? Bu, bir çoxumuz üçün gülməli olsa da, dünyada elə bir qadın tapılmaz ki, kinoya baxarkən ən azı bir dəfə də olsun, ağlamasın.
"Bu səbəbdən də bu cür göz yaşlarını tam normal qəbul etmək lazımdır. Çünki bu xüsusiyyət hər bir qadına məxsusdur. Qadını sakitləşdirə biləcək ən yaxşı cəhd, onun kədərilə dərindən maraqlanmaqdır. O sizin həqiqi marağınızı hiss etsə, sakitləşəcək. Çalışın, qadın ağlayarkən onu necə çox sevdiyinizi deyəsiniz. Əgər siz çoxdandır, sevdiyiniz qadına yetərincə vaxt ayırmırsınızsa, çalışın, onunla daha çox vaxt keçirəsiniz. Çünki ola bilər ki, onun göz yaşları sizin diqqətinizi çəkmək üçün bir vasitədir", - D.Rzayev dedi.
Qadın ağlayanda nə etmək lazım deyil?
"İlk növbədə çox sual verməyin. Və günahkar axtarmayın. Əks halda, söhbətin sonunda günahkar siz ola bilərsiz. Nəsə deməmişdən öncə yaxşı fikirləşin. Çünki o an hər bir sözün mənası var. Qadını ağlayarkən sakitləşdirmək istəyirsinizsə, ona çoxlu vədlər verməyin. Hələ edə bilməyəcəkləriniz vədlərdirsə, ümumiyyətlə heç nə deməməyiniz məsləhətdir. Çünki sonra bu söhbət ikiniz üçün də xoşagəlməz bir halda qurtara bilər.
"Ağlağansan" kimi ifadələr işlədib, onu nədəsə günahlandırmayın. Bu həm mənasızdır, həm də qadının daha da çox ağlamasına səbəb ola bilər. Elə vaxt ola bilər ki, qadın sadəcə ürəyini boşaltmaq istəyir. Bu səbəbdən də ağlamağına mane olmayın. Qoy ürəyini boşaltsın. Unutmayın ki, qadın ancaq özünə yaxın bildiyi şəxsin yanında ürəklə ağlaya bilər...
Türkan Nadirqızı
Milli.Az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Qadın ağlayarsa, nə etməli?
21 May 2012 02:30
0 Şərh
Baxış: 1 016

DİGƏR XƏBƏRLƏR
-
Din xadimləri yaslarda "ehsan"ın qalmasında niyə maraqlıdır və dövlət müdaxilə etməlidirmi?
-
Kondisioner alarkən bu nüanslara diqqət edin
-
Milli Məclis sədrinin təşəbbüsü ilə Şəmkirdə növbəti pulsuz hüquqi yardım aksiyası keçirilib - FOTO
-
Aşura günü nə vaxtdır?
-
Məşhur kosmetoloq fəaliyyətini dayandırdı, mərkəzi satışa çıxarıldı - FOTO
-
Azərbaycanda radiasiya təhlükəsi var? – AÇIQLAMA
XƏBƏR LENTİ
-
Prezident: Həm İtaliya, həm də Çin Azərbaycanın strateji tərəfdaşlarıdır
-
İstanbul nəhənglərinin keçmiş ulduzu başını BAĞLADI - FOTO
-
İlham Əliyev: Son 20 il ərzində biz Azərbaycanın energetika sistemini demək olar sıfırdan qurmuşuq
-
Trampdan İsrail və İrana MÜRACİƏT
-
Prezident: “8 Noyabr” Elektrik Stansiyası Mingəçevirin Cənubi Qafqazın energetika mərkəzi statusunu daha da gücləndirəcək
-
Cahan Namazova Londonda keçirilən Golden Time Talent Festival ilk mükafatına layiq görülüb – VİDEO - FOTO
-
Prezident: “8 Noyabr” Elektrik Stansiyasının açılışı ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək
-
Bəzi qəsəbələrdə qaz olmayacaq
-
Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılışı mərasimi keçirilir
-
İranla İsrail arasında atəşkəs elan olundu
-
Türkiyədə zəlzələ baş verdi
-
Lirə və avro bahalaşdı, dollar isə bu qiymətə satılır - RƏSMİ
-
Skuterin vurduğu aktrisa: "Gəldi evimə, üzr istədi"
-
Din xadimləri yaslarda "ehsan"ın qalmasında niyə maraqlıdır və dövlət müdaxilə etməlidirmi?
-
Məhərrəm ayı qabağı qızıl bazarında vəziyyət necədir? - VİDEO
-
Yayda şans bu bürclərin üzünə güləcək
-
Moruqla arıqlaya bilərsiniz
-
Paltaryuyan maşından gələn qoxunun qarşısını necə almaq olar?
-
“Yalı Çapkını”nın ulduzu brendlə 86 min manatlıq müqavilə imzaladı
-
Kondisioner alarkən bu nüanslara diqqət edin
-
Yer kürəsinin nüvəsindəki gözlənilməz kəşf alimlərin kainat anlayışını dəyişdirdi
-
Həyat və ölüm arasında üçüncü mərhələ də var?
-
Tramp: İran gözlədiyimizdən zəif reaksiya verdi
-
Nişan mərasimində DAVA - 3 nəfər SAXLANILDI - VİDEO